Əlaqə Arxiv
news Image
2015.02.04
10:57
| A A A
Putin yol ayrıcında qalıb: ya Əsəd, ya da Rusiya

Səudiyyə Ərəbistanı neft hasilatını azalda biləcəyini açıqlayıb. Ancaq bunun üçün şərti var. Rusiya Bəşər Əsədə dəstəyini dayandırmalıdır.


Rəsmi Moskva Əsədə olan dəstəyi dayandırarsa, Ər-Riyad da dünyada neftin ucuzlaşmasının qarşısını alacaq addımlar atacaq.


Movqe.az xəbər verir ki, Milli.Az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, bu barədə "The New York Times" məlumat yayıb.


Qəzetin məlumatına görə, Rusiya-Səudiyyə gizli danışıqları artıq bir neçə aydır ki, davam edir. Danışıqlarda hələ ki, uğur əldə edilməyib.


Səudiyyə Ərəbistanının yüksək çinli məmurları ABŞ-ı əmin edirlər ki, Rusiyanın mövqelərinə təsir göstərmək metodlarına malikdirlər.


Yaxın Şərqdə hasilatın azalması dünya bazarlarında qara qızılın qiymətinin artmasına səbəb ola bilər.

Sizin Reklam Yeriniz