Əlaqə Arxiv
news Image
2015.02.04
20:31
| A A A
Qarabağ görüşü başlayır

ATƏT-in Minsk qrupunun həmsədrləri sabah Münhendə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparacaq.

Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Almaniyada fevralın 5-7-də təhlükəsizlik üzrə Münhen konfransı keçiriləcək.


Tədbir çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə ATƏT-in Minsk qrupu həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşü planlaşdırılıb.


Xatırladaq ki, həmsədrlərin yaxın aylarda regiona səfərləri nəzərdə tutulub.Xarici işlər naziri Elmar Məmmədyarov Polşaya işgüzar səfəri çərçivəsində yanvarın 27-də Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Sizin Reklam Yeriniz