Əlaqə Arxiv
news Image
2015.02.05
09:40
| A A A
Rusiya dəstəkli yaraqlılar daha bir şəhər ələ keçirdi - FOTO-VİDEO

Rusiya yönlü separatçılar internetdə qızğın küçə döyüşlərini əks etdirən video yayıblar.

Movqe.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, videoda strateji əhəmiyyətə malik Uqleqorsk şəhəri uğrunda döyüşlərin əks olunduğu iddia olunur.

Video separatçıların döyüş hazırlığı və səriştəsini də üzə çıxarır. Məlum olur ki, burada həm silahla belə davranmağı bacarmayan insanlar, son dərəcə səriştəli hərbi qulluqçular da var.

Şəhər döyüşlərində strateji önəm daşıyan bir sıra binalar yoxlanıldıqdan sonra isə videonun sonunda üzü maskalı zabit Uqleqorsk şəhərinin 100 faiz ələ keçirildiyini bəyan edir.

Rusiya tərəfinin məlumatlarını nəzərə alsaq Uqleqorsk alınacağı təqdirdə Debalsevoda Ukrayna ordusunun minlərlə əsgəri daha böyük mühasirəda qalacaq.

Qeyd edək ki, Ukrayna tərəfi belə bir mühasirənin olduğunu ümumiyyətlə təsdiq eləmir. Debalsevoda qızğın döyüşlərin getdiyini deməklə kifayətlənir.

Sizin Reklam Yeriniz