Əlaqə Arxiv
news Image
2015.02.05
10:22
| A A A
Kralın özü İŞİD-i bombalayacaq

İordaniya kralı 2-ci Abdulla ABŞ-a səfərini yarımçıq qoyandan sonra İŞİD terrorçularına qarşı amansız mübarizənin başlandığını bildirib.

İŞİD-in Suriyada əsir aldığı Muəz əl Qəsasbı Huda şəhərində diri-diri yandırması və sonra da dəhşətli edam anlarının çəkildiyi videonun sosial şəbəkələrdə paylamasından sonra kral 2-ci Abdulla çox sinirlənib.

Movqe.Az Al Jazeera-ya istinadən bildirir ki, İordaniya kralı İŞİD-ə qarşı mübarizəyə şəxsən qatılacağını bildirib.

"İŞİD qorxaq, alçaq terrorçu təşkilatdır. Belə təhlükə qarşısında İordaniya vətəndaşları, xalqımız birləşməlidir. Ölkəmizin bütün qadınlarının və kişilərinin borcu bizi daha da gücləndirəcək problemləri qətiyyətlə, mətinliklə qarşılaşamaqdır", - kral 2-ci Abdulla deyib.

İŞİD-in diri-diri yandırdığı pilot, leytenant Müəz əl Qəsasbın evində onun yas mərasimi keçirilib. Yasa on minlərlə iordaniyalı qatılıb.

İordaniyanın şəhərlərində isə mitinqlər keçirilir. Bəziləri İordaniyanın İŞİD-ə qarşı daha aktiv mübarizə aparmasını və vuruşmasını tələb edir, yerdə qalanlar isə İŞİD-ə qarşı vuruşan və ABŞ-ın başçılıq etdiyi koalisiyada İordaniyanın yer almasını istəmirlər.

İordaniya kralı 2-ci Abdullanın İŞİD-ə qarşı hərbi əməliyyatlara şəxsən qatılacağını bəyan etməsindən sonra sosial şəbəkələrdə onu dünyaca məşhur aktyor Klint İstvudun "Unforgiven" filmində yaratdığı obrazla müqayisə etməyə başlayıblar.

İordaniya kralı 2-ci Abdulla ixtisasca peşəkar hərbi pilotdur.

Sizin Reklam Yeriniz