Əlaqə Arxiv
news Image
2015.02.05
11:51
| A A A
Azərbaycanın təklifinə Almaniyadan münasibət

"Almaniya hökuməti Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Əminəm ki, Almaniya bu təhlükəli regional münaqişənin həllində öz köməyini təklif edə bilər".


Movqe.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Minsk qrupunun 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək "5-lik Sədrlər Şurası" olmasına münasibət bildirərkən almaniyalı xarici əlaqələr üzrə ekspert Riçard Kiessler deyib.


Qeyd edək ki, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, deputat Azay Quliyev mediaya ATƏT PA-nın bu ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək "5-lik Sədrlər Şurası" (SŞ) ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırdığını açıqlayıb.


R.Kiessler bildirib ki, Almaniya artıq ATƏT-in Minsk qrupunun üzvüdür: "Münaqişənin həllində vasitəçiliyi əsas oyunçular həyata keçirirlər. Almaniya kanslerinin bəyan etdiyi kimi, Berlin Minsk prosesində yardımçı ola bilər. Xanım Merkelin Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə səfəri zamanı qeyd etdiyi kimi, indiyə qədər Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib".


Xatırladaq ki, hazırda Minsk qrupunun həmsədrlər institutuna ABŞ, Rusiya və Fransa daxildir.


Sizin Reklam Yeriniz