Əlaqə Arxiv
news Image
2015.02.05
14:26
| A A A
Qarabağı Krımdan sonra tanıyan səfir
Azərbaycan xalqı müharibəni keçmiş bir millət kimi hamısı az qala səfirə çevriliblər

Diplomatiya qeyri-hәrbi vasitәlәrlә tәmsil etdiyin ölkәyә dostlar qazandırmaq sәnәtidir. Ukraynanın әtrafında gedәn amansız silahlı döyüşlәr fonunda sәfir Aleksandr Mişenkonun Azәrbaycanı xәyanәtdә suçlamasını eşidəndә bir anlıq özümüzü qlobal güclәrin yerindә hiss edib sovet siyasi elitasının keçmiş rәhbәrlәrini xatırladım.

Diplomatik xidmәtә "xalqlar atası " Stalinin şәxsi xeyir- duası ilә başlayan vә 28 il SSRİ-nin xarici siyasәt sükanı arxasında dayanan Andrey Qromıko tәmsil etdiyi imperiyanın gücünә baxmayaraq, rәqiblәrini sәsinin tonu vә emosiyası ilә deyil, güzәştsiz vә inadkar soyuqqanlığı hesabına mәğlub edirdi. O, bu hissiz vә sinirsiz xüsusiyyətlərə 2-ci dünya müharibәsindәn qabaq Amerika sәfirliyinә çalışmağa gedәrkәn ideya silahdaşlarının - okeanın o tayındakı bolşeviklәrin kilsәdә vaiz kimi leksiyalarını dinlәmәklә nail olmuşdu. Ateizm üzәrindә qurulmuş bir sistem dini hücrәlәrin insan alәminә sonsuz tәsirini nәzәrә alıb, xarici cәbhәdә döyüşәn sәfirlәrә gerçәk akademiyaların ünvanını göstәmişdi. Mәgәr dilpmatların bəzən şeytan işi görsәlәr dә, Allahın evinә baş çәkmәlәrindә ziyanlı nə var ki?

İndi bütün sovet keçmişini yenidәn dərk etməyə çalışan vә ortaq tarix içərisindən özünə milli keçmiş düzəldən Ukraynanın sәfirinin dә bunları bilmәsindә bir fayda var. Hәr halda kommunistlәrin qurduğu sistem tәkcә bir millətin xidmәti deyildi. İndi 70 illik qalibiyyət yubileyini qeyd etmyə buraxılmayan sovet xalqının faşizmin darmadağın edilməsi uğrunda mübarizəsi inkar edildikcə, ruslar 2-ci dünya savaşının qələbə tarixinə daha çox sahiblənəcəklər və xilaskarlıq missiyalrı ilə yenidən meydana atılıb antiamerikanizmin, anti anqlosaks dünyasının liderinə çevriləcəklər. Bax onda "Osvensem"lər yenidən təkraralanacaq, hitlerizm təzədən baş qaldıracaqdır.

Xatırlayırsızsa, cәmi bir ay әvvәl ukraynalı sәfir beynәlxalq alәmi Qarabağ mәsәlәsinә görә suçlayırdı vә әrazi bütövlüyü problemini nәhayәt, öz bətnində yaşayan bir ölkәnin tәmsilçisinin bizә canıyananlığı çoxlarına xeyli tәbii görünmüşdü. Lakin belә bәyanatların verilməsi heç zaman səbəbsiz olmur. Azərbaycan hərbi- siyasi meydanda yalnız qalanda nəinki iqtisadi yardım edən, eləcə də mənəvi dayaq duran postsovet ölkəsinə biz rast gəlməmişdik. Əvəzində gürcülər, moldovanlar azərbaycanlıların timsalında pulsuz təbliğatçılar qazanmışdılar. O vaxt Ukrayna ölkəmizdən benzin istəməyə gəlmişdi, ancaq enerji ehtiyacını respublikamızın hesabına ödəyən br çox ölkələr beynəlxalq tədbirlərdə Rusiyanın qəlbinə girmək üçün hər cür mənəviyyatsızlığa əl atırdılar. Qərbsə o zamanlar Azərbaycanın şimal qonşusu əleyhinə bəyanatlarını isterika adlandırıb onların üzərindən iri addımlarla keçərək böyük neft müqavilələri üçün Kremllə sazişə can atırdı. İndi nə olub, Putinin planlarını təzəmi görməyə başlayıblar? Məgər, Qarabağ, Osetiya, Abxaziya, Dnestryanı ərazi problem yetərli deyildi?

"Keçmiş torpaqları" qaytarmağa can atan imperiya varisinə qarşı dünya infromasiya resurslarını,iqtisadi və siyasi potensialını işə salmaq üçün 2014-cü ilə qədər gözləmək, bütün məzlum xalqları onlara əzdirib əvəzində NATO, 7-lər ittifaqında və digər formatlarda Rusiyaya özəl status tanımaq,Əfqanıstanda, İrakda koalisya ortaqlığı qurub müttəfiqə çevrilmək, nüvə klubunada şərəfli yeri onunla paylaşıb kosmik fəzanı ortaq paylaşmaq, ən sonda alıcısı Avropa olan enerji ehtiyatlarının 600 milyard dollarlıq valyutaya səbəb olmaqdan sonra indi durub Qərbə yönələn yeni Rusiya təlhlükəsi haqda balladalr danışmaq əsil riyakarlıq nümunəsidir.

İşğal əməliyyatları Donbasdan başlamayıb, Luqanskda da qurtaran deyil. Ona görə də Rusiyanı siyasi-hərbi cəhətdən təkləyən,onu ticari embarqolarla boğacağını zənn edən "Normandiya cütlüyü" bir gün Putinlə sövdələşə yapanda Stalinin əlini sıxan Çörçilin, Ruzveltin sümükləri qəbirdə çevriləcək.

Ona görə də Yanukoviçi devirib ukraynalılara azadlıq gətirəcəyini vəd edənlərin yerinə səfirin durub Maydana heç bir aidiyyatı olmayan Azərbaycanı suçlandırması heç bir məntiqə sığmır. Lakin Mişenkodan keçmiş hakimiyyətlərin cinayətlərinə görə cavadehlik tələb edən yoxdur. Qisas və kin hisləri dövlət münasibətlərinin fasadına,fundamentinə qoyula bilməz. Halbuki, heç kəsi qınamadan ,məğlubiyyətlərini inqilabi eyforiyada axtarsaydılar, gələcək faciələrin miqyasını bir qədər azalda bilərdilər.

Baxın, Krımı bir güllә atmadan tәhvil verәnlәr düz 25 il Qarabağa görә susdular. Hәr iki fakt Ukraynanın tarixindә qara lәkә kimi yaşayacaq.Mәgәr sübuta ehtiyacı olmayan belә faktları qabardanlar keçmiş sovet mәkanını onsuz da bölüb-parçalayanlara əlavvə nəfəs vermirləmi?

Bәlkә Ukrayna Ermәnistanı tәcavüzkar kimi tanıyıb, xәbәriiz yoxdur? GUAM çәrçivәsindә siyasi müttәfiqliyimiz belә nә Yuşşenko,nә Yanukoviç hakimiyyәtinә Azәrbaycanla bağlı mәsәlәlərdә prinsipial bir xәtt izlәmәyә imkan vermәdi. BMT-dә sәsvermә zamanı tutulan mövqeni gözümüzә pәrçim elәmәyә çalışanların qarşısına Naurunu, Qvineo-Bisaunu da qoya bilәrik vә bu cırtdan dövlәtlәrin bizim regionda marağı olmadığı halda tutduqları mövqe çoxlarından daha tәmәnnasız idi.

Hәr halda bizә görә yalnız bir ölkә Ermәnistanda sәfirlik açmaqdan imtina edib.O da demokratik standartlara uyğun gәlmәdiyindәn belə fәdakarlığı başqalarına nümunә göstәrmәkdәn hәr zaman çәkinmişik.

Siyasәt avantüraya çevrilәndә çox böyük itkilәrә yol açır. Bәli, Ukraynanın keçmiş rәhbәrlәrinin sәhvlәrinin bәdәlәini indi tәkcә bir xalq ödәmir. Lakin әrazisinin beşdә birini itirmiş ölkәlәrin klubuna üzv olan bir dövlətin sərhədlərində gedən davanı mifləşdirənlər SSRİ-ni vaxtilә dağıdanların balalarıdır. Onlar informasiya mәkanını işğal edib adamları psixoloji diversiyalara məruz qoyurlar. Guya, Donbasda gedәn döyüşlәr Qarabağ uğrunda aparılan savaşın tərkib hissədir. Orada rusları mәğlub edәn benderlәr ordusu vә "Slava Ukraina" himnin ifaçıları avtomatik olaraq silahı götürüb Xankәndinә- bizə qardaşlıq yardımına gәlәcәklәr. Budur, məğlubiyyәt ideologiyalarını körüklәyәnlәrin xalqlar üçün qurduqları növbəti tələ.

Ukrayna Qәrbin tәhlükәsizliyi üçün hәyati әhәmiyyәt daşıya bilәr vә dünyanın yeni siyasi arxitekturasını hazıralayanlar qәdim slavyan birliyni parçalamaq üçün әn yaxşı müharibәni indi qazanıblar.Lakin Azәrbaycanın taleyi orada hәll olunmur vә antirus blokuna bizi tәhrik edәnlәrin çoxu sonradan Putinlә razılaşıb ölkәmizi çox ucuz satacaqlar. Biz belә xәyanәtlәri iki әsrdi ki görürürk. Rusiya prezidentini işğalçılıq siyasәtinә görә mühakimә edәn Qәrb dә, elә onu tәcavüzkar kimi tanıyan Ukrayna da bu ölkә ilә ticarәt aparmaqda davam edirlər. 2014-cü ilә qәdәr yükәslәn xәtlә inkişaf edәn bu әmәkdaşlıq tәkcә MDB MӘKANINDAN DEYİL,elәcә dә Avropa Birliyi ilә münasibәtlәrdәn daha irәlidәdir. "Rәqәmlәr və faktlar çox amansız olur" deyirlər.

45 milyard dollarlıq dövriyyә ilә Rusiya ötәn ilә qәdәr Ukraynanın birinci partnyoru olub. Özü dә bütün sahələr üzrә. Hәtta indi- hәr gün Donetskdә, Luqanskda yaşanan acı savaş sәhnәlәri fonunda tam düşmәnçilikdәn söhbәt gedә bilmәz. Doğrudur, әlaqәlәr iki dәfә zәiflәyib. Lakin qaz razılaşması daxil yüzlәrlә adda mәhsul ixracı yenә də iki ölkә arasında olmayan sərhәdlәri hәr gün aşıb keçmәkdә davam edir və səngərdə bir-birinə güllə atanlar bazarlarda, ofis binalarında,dövlət orqanlarında öpüşüb-görüşüb alqı-satqılarını davam edirlər.

Әn dәhşәtlisi,hәrbi sәnaye komlekslәri arasındakı müqavilәlәrin durdurulmamasıdır.Tәsәvvür edirsizmi,Ukrayna Rusiyaya silah,texnika vә onun hissәlәrini vermәyi dayandırmayıb. Mәsәlәn,"Satana" raketi rusun hərbi arsenalına haradan daxil olurdu? Tәsәvvür edirsinizmi,Ukrayna oğulları hәm dә onun dövlәtinin satdığı silahlarla ölür. Moskvaya gәtirilәn texnika vә texnologiya sonradan həmin ölkənin şərqində gedən döyüş bölgələrinə göndərilir. Beləliklə, xalqların faciәləri üzәrindә milyardlar qazanılır.Siz dә Maydandan çıxmış və keçmiş sovet xalqlarının azadlığı uğrunda hamının əvəzinə vuruşan demokratlardan danışırsız.Reallıq arzulardan və BBC ekranlarındakı tüğyan edən təbliğat sunamisindən tamam fərqlidir..

Azərbaycanın Qərbin siyasi Şurasında Rusiyaya dəstək verməkdən daha çox özünün eşidilməsini istəyib. Çünki sanksiyalarla Ukrayna böhranı həll edilə bilməz. Burada seçilən vasitələr bir ölkənin mərkəzi hakimiyyətinin zəifliyi fonunda ondan daha çox uzaqlaşan şərqi subyektlərin daha da sərtləşməsi ilə müşaiyyət olunur və neft kotirovkaları ilə tanklar daha ucuz yanacaq əldə edib əzmlə irəliləyirlər. Müharibələr birjalarla idarə olunanda dəyişən iki statsitika olur: biri neftin qiyməti,o biri isə sayı 8 minə çatan məzarlar,10 minlərlə yaralılar,milyardlarla humanitar itkilər, texnika qəbristanlığı və sair.

Ona görə Azərbaycan iki stulda oturmayıb,öz mənafelərinin qəbul olunmasının peşindədir. Kiminsə arasındakı nifaqdan faydalanmaq siyasəti ilə işimiz yox.Halbuki Azərbaycanı Ukraynanın kiçik qardaşı statusunda görənlər və bizə xarici siyasət kursu keçənlər indinin özündə də səsvermədə neytrallıq nümayiş etdirən erməniləri az qala bizə örnək kimi təqdim edirlər.Sual olunur, doğrudanmı, Ukrayna təcavüzkar bir ölkənin səsinə ehtiyac duyur və belə "müstəqil" davranışla işalçı ölkənin adının üstündən qara ləkəni silib atmağa hazırdılar? Bəs prinsiplərin və hüququn davası necə oldu?

Rusların sağoluna can atan dövlətlərlə- Vyetnamla, Venesuella ilə,Nikaraqua ilə Azərbaycanı yanaşı qoyub ölkəmizi az qala ümumavropa nizamını pozmaqda günahlandıranlar, Ermənistanın Krım səsverməsinə verdiyi rəsmi alqışı cəzalandırmaq əvəzinə bu yaxınlarda Avropa Birliyi xəttilə ona 77.5 milyon dollarlıq yardım etdilər. Budur, separatizmi müdafiə edənlərin mükafatlandılması mərasimi. Nədən səfir Mişenko onları belə ucuz satan Qərbi suçlamağı onda özünə rəva görməmişdi?

Əslində vahid sovet keçmişinə bağlı olan ölkələrin hamısını Rusiyadan ayrılmaq tələbi qarşısında qoyanlar Ukraynanı da faciələri ilə baş-başa buraxacaqlar. Lakin onda çox gec olacaq. Öz iradəsi altında idarə olunmayan dövlətlərin hamısını ukraynalaşmaq taleyi gözləyir. Çünki Moskva Poroşenko komandasını iqtidardan devirənə qədər hərbi əməliyyatları davam etdirəcək.Bir azdan Novorossiya adalanan məkanda məğlubiyyətə uğramış antiterror əməliyyatçıları götürdükləri silahı Maydan hökumətinə qarşı çevirəcəklər. Çünki hər ölkənin öz surət hüseynovları var.

Ukrayna 1992-ci ilin Azərbaycanıdır.Yalnız bir fərqlə-ərazi və əhali sayına uyğun faciələri bizdən qat-qat böyükdür.

Təəssüf ki.Ukraynanın yeni tarixi qanla yazılır. Ona görə Qarabağı Krımdan sonra tanımış bir diplomatın qəzəb hislərini boğaraq məruz qaldığı "senzuranı" dövlətinin xeyrinə işlədiyini bilməsi lazımdır.Axı Azərbaycan xalqı müharibəni keçmiş bir millət kimi hamısı az qala səfirə çevriliblər.

Diplomatsa,susmazdan əvvəl ən azı iki dəfə düşünən şəxsə deyilir!

Sizin Reklam Yeriniz