Əlaqə Arxiv
news Image
2015.02.06
08:28
| A A A
Ermənilərin yəhudilərə qarşı dəhşətli soyqırımı
Antisemitizm Ermənistanda getdikcə daha geniş vüsət alır

Azərbaycanda mövcud yüksək dini tolerantlıq, multikulturalizm dünyada da geniş təqdir edilir, bəyənilir. Ölkəmizdə dini dözümlülüyün yüksək səviyyəsini müxtəlif milli azlıqların nümaynədələri də hər dəfə xüsusi qabardaraq, Azərbaycan vətəndaşları olmaları ilə fəxr etdiklərini bəyan edirlər. Məsələn, Azərbaycanda yaşayan yəhudilər onlara qarşı münasibətdən daim məmnunluq ifadə edirlər. Amerika Yəhudi Komitəsinin (AYK) icraçı direktoru Devid Harrisin sözlərinə görə, Azərbaycan yeganə ölkədir ki, burada əsrlәr boyu yaşayan yәhudilәrə münasibətdә bir dәfә dә olsun antisemitizm halları baş vermәyib. Devid Harris çıxışlarında, kitablarında da qeyd edib ki, hətta ABŞ-ın özündə belə antisemitizm hallarına yol verilib, Azərbaycanda isə hər zaman yəhudilərə əsl qardaşlıq münasibəti olub.

Azərbaycandan fərqli olaraq Ermənistanda isə digər millətlərə olduğu kimi, yəhudilərə də heç zaman xoş münasibət bəslənməyib. Hətta yəhudilərə qarşı İkinci Dünya Müharibəsində törədilən soyqırımında ermənilərin də xüsusi can-fəşanlıq etdiyi üzə çıxır. Erməni antisemitlərin yəhudu xalqına qarşı törətdiyi cinayətlər çoxlarına məlum deyil. Halbuki, nasist Almaniyasında yəhudi məsələsi barədə son qərarın verilməsində erməni nasistlər çox böyük rol oynayıblar. İsrailin ingilis dilində dərc edilən "The Times of Israel" mətbu orqanında bunula bağlı gedən məqalədə Hitlerin antisemit siyasətinin həyata keçirilməsində və "ölüm marşları"nın təşkilində birbaşa iştirak etmiş 20 min erməni nasistinin adı çəkilir: "Bu kollaborasionistlərin liderləri general Dro və general Njde idi, onların hər ikisi indi Ermənistanda milli qəhrəman kimi təqdim olunur. Bundan başqa, 1930-cu illərdə ABŞ-da fəaliyyət göstərən "Ayrenik" kimi erməni KİV-ləri yəhudiləri "zəhərli elementlər" kimi təqdim edir, Holokostu "zəruri cərrahi əməliyyat" adlandıraraq bu faciəyə haqq qazandırır, Hitlerə tam təbliğat dəstəyi göstərirdilər".

İndinin özündə də Enrmənistanda antisemitizm kifayət qədər güclüdür.

ABŞ-da çıxan "The Hill" qəzetində bir müddət öncə Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin amerikalı eksperti, İsrailin "Wikistrat" Geostrateji Təhlil Agentliyinin böyük analitiki Aleksandr Murinson bu xüsusda geniş ararşdırma təqdim edib. O qeyd edir ki, erməni diasporu Ermənistanda kəskin antisemitizm və İsrailə qarşı tam nifrət barəsində susur. A.Murinson yazır: "Dəhşətli səslənsə də, ermənilərin çoxu yəhudiləri "oçar" adlandırır. Bu söz də erməni dilində "sabun" deməkdir. Bununla da onlar İkinci Dünya Müharibəsi illərində nasistlərin sabun və digər "lazımlı" əşyaların istehsalında əsir düşərgələrində qətlə yetirilmiş yəhudilərin cəsədlərindən istifadə etmələri ilə bağlı qorxunc təcrübəyə istinad edirlər". O da vurğulanır ki, erməni siyasi isteblişmentində siyasi opponentlərin nüfuzdan salınması üçün antisemitizmdən çox rahat şəkildə istifadə olunur. ABŞ Dövlət Departamentinin "WikiLeaks"də açıqlanan sənədlərində qeyd edilir ki, Ermənistanın hökumətyönlü mətbuat və televiziyası 2008-ci ilin may ayının ortalarından başlayaraq müxalifət liderlərinin ünvanına antisemit bəyanatlar və ittihamlarla çıxış ediblər. Hətta Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan arvadı yəhudi olduğuna görə ittihamlara məruz qalıb. "WikiLeaks"in diplomatik teleqramlarına görə, rusdilli "Qolos Armenii" və ermənidilli "Hayots Aşkar" qəzetlərində antisemit xarakterli məqalələr dərc olunub. Həmin məqalələrdə Ter-Petrosyan Ermənistana dönük çıxmış adam, Qərbin, yəni İsrailin və masonların loyal tərəfdaşı kimi təqdim olunur və bildirilir ki, o, öz prezident seçkiləri kampaniyası üçün 100-200 milyon dollar alıb, "yəhudi-mason lobbisi isə bu kampaniyaya 65-70 milyon dollar xərcləyib.

1991-ci ildən Ermənistana xoşməramlı səfərlər edən ABŞ yəhudiləri təşkilatlarının nümayəndələri də Ermənistan mətbuatında cəfəng antisemit ittihamlara məruz qalıblar. Ermənistan mətbuatında belə hücumlar müntəzəm hal alıb və nasizmin hökmranlıq etdiyi illərdəki ab-havanı xatırladan şərait yaradıb. Ekspert qeyd edir ki, Ermənistan heç vaxt yəhudiləri qəbul etməyib, halbuki onun Cənubi Qafqazdakı qonşuları Gürcüstan və Azərbaycan yəhudiləri qəbul edib, öz dövlətlərində onların müdafiəsini təmin etmələri ilə tanınırlar. Belə bir vaxtda isə Texas ştatından olan konqresmen Stiv Stokman ABŞ Konqresinin Nümayəndələr Palatasında çıxış edərək, Ermənistanda etnik və dini azlıqlara münasibətdə tolerantlığın olmaması, habelə bu ölkədə antisemitizm problemini qaldırıb. Stokman Nümayəndələr Palatasının spikerinə müraciət edərək bildirib ki, Ermənistan antisemitizm və milli azlıq təşkil edən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini davam etdirir.

Sizin Reklam Yeriniz