Əlaqə Arxiv
news Image
2015.02.06
09:00
| A A A
ABŞ-ın separtçılarla bağlı təhlükəli oyunu
Vüqar Zifəroğlu: “ABŞ 1990-cı illərdən başalayaraq Dağlıq Qarabağ məsələsində qeyri-adekvat mövqe sərgiləyib” Rasim Ağayev: “ABŞ və Qərb ümid edir ki, ölkələri parçalanmış vəziyyətdə saxlasalar, bu vəziyyət gələcəkdə onların xeyrinə olacaq”

ABŞ-ın ikili standartı separatçı rejimlərə münasibətdə də özünü göstərməkədir. Krımını ilhaq olunmasından sonra Rusiyaya və Ukraynanı şərqindəki separtçılara qarşı tətbiq edilən sanksiya fonunda bunu aydın müşahidə etmək müakündür. Halbuki, uzun illərdir Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana, onun zəbt olunmuş ərazilərdə yaratdığı separtçı rejimsə qarşı hansısa tədbir görülmür. Əksinə, ABŞ Ermənistanla yanaşı, separatçı Dağlıq Qarabağ rejiminə də birbaşa yardım edir. Bu isə həm ölkəmizdə, bəzən də elə Qərbin və ABŞ-ın özündə qınanılır. Məsələyə növbəti dəfə toxunan Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-ın separatçı Dağlıq Qarabağ rejiminə birbaşa maliyyə yardımı göstərməsini pisləyərək bildirib ki, qitənin digər regionlarındakı analoji vəziyyətlərdə ABŞ sanksiya siyasəti həyata keçirir və maliyyə strukturlarına həmin ərazilərdə fəaliyyət göstərməyi qadağan edir.

Siyasilər ABŞ-ın bu cür siyasət aparmasının müxtəlif səbəblərlə izah edirlər. Analitik Vüqar Zifəroğlu bildirir ki, bu, ABŞ-ın Cənubi Qafqaz siyasətindən qaynaqlanır: "Hətta bir neçə gün əvvəl dövlət katibi Con Kerri də daxil olmaqla, bir qrup senatorun 20 yanvar 1990-cı il ərəfəsində Qorbaçova ünvanladığı ermənipərəst müraciəti ortaya çıxdı. Qarbaçova müraciət edilirdi ki, ermənilərə dəstək verilsin, Qarabağ məsələsi ermənilərin xeyrinə həll edilsin. Deməli, ABŞ 1990-cı illərdən başalayaraq Dağlıq Qarabağ məsələsində qeyri-adekvat mövqe sərgiləyib. Burada faktorlar çoxdur. İlk faktor erməni lobbisidir ki, ABŞ-da ciddi nüfuza malikdir. İkinci faktor isə hər zaman Qərb və ABŞ Yaxın Şərq siyasətində, Türkiyəyə münasibətdə, Cənubi Qafqaz məsələlərində, Rusiyanın zəiflədilməsində "erməni kartı"ndan istifadə etməsidir. Ermənilər bütün zamanlarda müəyyən dövlətlərin təzyiq aləti olublar. Ona görə də dəstəklərini ermənilərdən əsirgəmirlər. Ermənilər 1991-ci ildə öz müstəqilliklərini formal şəkildə elan ediblər. Faktiki olaraq, onlar müstəqil yox, vassal bir dövlətdir. Hər zaman da böyük dövlətlərin əlində siyasi alət funksiyasını yerinə yetiriblər. Ona görə də ABŞ həmişə Qarabağ məsələsində qeyri-adekvat mövqe sərgiləyir və separatçı rejimə birbaşa yardımını göstərir. Özünün geosiyasi marağında da ondan istifadə edir".

Digər politoloq Rasim Ağayev isə bildirir: "Faktiki olaraq, Ermənistan ABŞ-ın dəstəyi ilə Qorbaçovun vaxıtnda yenidən su bulandırmağa başlayıb. Ondan sonra da öz siyasətini formalaşdırdı. Təkcə Azərbaycana yox, bütün türk dünyasına qarşı çıxdı. 1988-ci ildə Sovet İttifaqının parlamenti yığışmamışdı, heç müzakirələr olmamışdı ki, ABŞ konqresi birmənalı şəkildə bəyan etdi ki, Qarabağ Ermənistanındır. Zaman keçsə də, unutmayaq ki, bunu ABŞ edib. İndi də ABŞ-ın separatçı Dağlıq Qarabağa maliyyə yardım etməsinə qeyri-adi baxılmamalıdır. Ermənistan Rusiyanın hərbi tərəfdaş olubsa, siyasi dost kimi ABŞ ilə çoxdan bir yerdədir. ABŞ və Qərb ümid edir ki, ölkələri parçalanmış vəziyyətdə saxlasalar, bu vəziyyət gələcəkdə onların xeyrinə olacaq. Bunun vasitəsi ilə türk dünyasının əleyhinə səfərbər olmuş xristian ordusu yaratmaq istəyirlər. Ermənistan da bu rola hazırdır. Vaxtı ilə Ermənistan SSRİ-nin dağılmasında böyük rol oynayıb. İndi də lazım gəlsə, Rusiyanın dağılmasında iştirak edəcək. Ermənistan gəlcəkdə proseslərin gedişindən asılı olaraq bir tərəfi seçəcək. Bununla yenə də öz rolunu oynamış olacaq".

Sizin Reklam Yeriniz