Əlaqə Arxiv
news Image
2015.02.09
11:05
| A A A
Kerri İranın xarici işlər naziri ilə görüşüb

İranın xarici işlər naziri Cavad Zərif ABŞ dövlət katibi Con kerri ilə görüşüb.

Movqe.az xəbər verir ki, görüşdə İranın nüvə statususu barədə ciddi müzakirələr aparılıb. Görüş barədə açqılama verən Zərifin sözlərinə görə, İranla razılığa gəlməyin yeganə yolu "hörmət və danışıqlar"dan keçir. İrana tətbiq edilən sanksiyaları sərt tənqid edən xarici işlər naziri bu məhdudiyyətlərin gözlənilən nəticəni vermədiyini bildirib.


Cavad Zərib deyib ki, əgər razılıq əldə olunmasa bu, "dünyanın sonu olmayacaq". Ancaq o, qarşıdakı 6 həftə ərzində həll yollarının tapılmasına ümid etdiyini bildirib.


Münhen Təhlükəsizlik Konfransında danışan cənab Kerri də İranın nüvə proqramına dair razılığın əldə olunacağına ümid edir.

Sizin Reklam Yeriniz