Əlaqə Arxiv
news Image
2015.02.09
15:35
| A A A
İranın yeni qırıcıları: onlar ABŞ və İsrail təyyarələrini izləyəcək

İran yeni nəsil qırıcı təyyarələrinin hazırlanmasına başlayır.

Movqe.az xəbər verir ki, bu barədə İranın Hərbi Hava Qüvvələrlərinin aviatikinti komplekslərindən birinin rəhbəri polkovnik Huşəng Monfaredzadə bildirib.

O deyib ki, təyyarə İslam Respublikasının Saeqeh ("İldırım") qırıcılarının hazırlandığı yerli hərbi sənaye bazasında istehsal olunacaq. Ölkənin pilotları tərəfindən öyrəniləcək yeni qırıcılar dördüncü və hətta yuxarı nəsillər üçün nəzərdə tutulub.

H.Monfaredzadə xüsusi vurğulayıb ki, yeni müasir uçan aparat radioelektron avadanlıqla təchiz ediləcək, Stels texnologiyalarının tətbiqi ilə yaradılacaq. Bu, ABŞ-ın və İsrailin Hərbi Hava Qüvvələrlərinin təyyarələrinin uçuşlarını izləməyə imkan verəcək.

Onun sözlərinə görə, İranın Hərbi Hava Qüvvələrlərinin yeni təyyarəsinin hazırlaması üçün "platforma" kimi yerli "Saeqeh" qırıcısı təsadüfən seçilməyib: "Bizim mühəndislərimiz tərəfindən yaradılmış "Saeqeh" reaktiv qırıcısı modifikasiya üçün geniş imkanlara malik olduğunu göstərdi. Dünyada yeni görünüşü ilə seçiləcək qırıcılar ən yaxşı nümunələr əsasında aparılır".

Sizin Reklam Yeriniz