Əlaqə Arxiv
news Image
2015.02.09
17:31
| A A A
Ukraynanın baş prokuroru istefa ərizəsi yazıb

Ukraynanın baş prokuroru Vitali Yarema istefa ərizəsi yazıb.

Movqe.az xəbər verir ki, bu barədə "Ukrainskaya pravda" qəzeti məlumat yayıb. Ali Radanın deputatı Yelena Şkrum informasiyanı təsdiqləyib: "Gecikmiş addım olmasına baxmayaraq, bu, güclü insanın ata biləcəyi bir addımdır. İndi prezidentin qərarını gözləyirik".

Ali Radanın digər üzvü Yeqor Sobolev isə prezidentin artıq istefanı qəbul etdiyini bildirib.


Qeyd edək ki, V. Yarema Ali Radanın üzvləri tərəfindən qeyri-effektiv fəaliyyətdə ittiham olunurdu. Xüsusən ötən ilin Maydan hadisələri zamanı nümayişçilərin öldürülməsi ilə əlaqədar cinayət işlərində irəliləyiş olmaması V. Yaremaya olan etimadın azalmasına gətirib çıxarıb.

Sizin Reklam Yeriniz