Əlaqə Arxiv
news Image
2015.02.10
12:52
| A A A
Uorlik yeni səfirin boynuna yük qoydu

Uorlik: "ABŞ-ın yeni səfirləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işləmək arzusundayıq"

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik tezliklə Azərbaycan və Ermənistana təyin olunmuş yeni ABŞ səfirləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işləmək arzusunda olduğunu deyib.

Movqe.az APA-ya istinadən məlumat verir ki, Ceyms Uorlik "Twitter" səhifəsində yeni səfirlərin gəlişini alqışlayıb: "Biz Ermənistana təyin olunmuş Rik Mills və Azərbaycana təyin olunmuş Bob Sekutanı salamlayırıq.Dağlıq Qarabağmünaqişəsinin həlli istiqamətində onlarla işləməyi səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Bob Sekutanın Azərbaycana fevralın 12-də gələcəyi bildirilir.

Sizin Reklam Yeriniz