Əlaqə Arxiv
news Image
2015.02.11
09:35
| A A A
Cəbhə zonasında təxribat düşmənə daha baha başa gələcək
Üzeyir Cəfərov: “Münhen Təhlükəsizlik Konfrasında ölkə başçısının səsləndirdiyi fikirlər ermənilər üçün siqnal olmalıdır ki, yaxın zamanlarda Azərbaycan ərazi bütövlüyünü bərpa etmək istiqamətində sərt addımlar ata

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr" mövzusundakı tədbirdə Prezident İlham Əliyevin işğalçı Ermənistana ünvanlanan açıq və kifayət qədər sərt bəyanatı geniş rakursdan şərh olunmaqdadır. Siyasi təhlilçilərin fikrincə, ölkə Prezidentinin "erməni əsgər Azərbaycanın işğal olunmuş ərazilərində nə edir, erməni əsgər Ağdamda nə axtarır, əgər o öldürülmək istəmirsə, qoy Ağdama getməsin, İrəvanda, Gümrüdə, öz ölkəsində qalsın" deməsi, düşmən ölkənin cəbhə zonasında təxribatlarına Azərbaycanın verəcəyi reaksiyanın nədən ibarət olacağını aydın göstərir.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bildirdi ki, Ermənistanın idarə olunan, nominal dövlət olduğunu hər kəs bilir: "Onun "ipi" başqa əllərdədir. Konkret olaraq, Moskva bütövlükdə Ermənistanı idarə edir.

Adətən, söz başa düşənə deyilir. Amma görünən odur ki, ermənilər özlərini qanmaz aparırlar. Guya, deyilənlər onlara aid deyil. Yenə də işğalçılıq siyasətini davam etdirirlər. Ölkə başçısının həmin sözlərindən sonra kütləvi informasiya vasitələrimiz Ermənistan cəmiyyətinin diqqətini çəkən xəbərlərlə çox işləməlidir. Mesajlar ünvanlamalıdırlar ki, onlar öz övladlarını bu missiydan çəkindirsinlər. Çünki, indiyə qədər heç kəs başqa torpaqlarda xoşbəxtlik tapmayıb. Düzdür, ermənilərin ağızlarında "şirə" qalıb ki, vaxtı ilə Zəngəzurla bağlı həyasızlıqlarına görə, nəyəsə nail ola biliblər. Amma indi zaman o zaman deyil. Bu qədər inkişafın, gücün qabağında tarix təkrarlana bilməz. Ona görə də dövlət başçısı Ermənistan cəmiyyətinə bir daha mesaj verdi ki, oğullarınızı cəbhəyə göndərməyin ki, onlar da həlak olmasınlar. Biz də Azərbaycan cəmiyyəti, mətbuatı olaraq daha çox erməni ictimaiyyətinə mesajlar verməliyik ki, övladlarınızın həlak olmamasını, cəmiyyətinizin inkişaf etməsini istəyirsinizsə, işğalçılıq siyasətindən əl çəkin, öz həyatınızı sərhədləriniz daxilində qurun. Bu belə olmayacaqsa, Azərbaycan daha ciddi addımlara əl atacaq. Ancaq onların hərbi təlimlərdən vaz keçəcəyi inandırıcı görünmür. Sanki qrafik əsasında bir neçə gündən bir ermənilər Dağlıq Qarabağa səfərlər edirlər. Amma bunların hamısı müvəqqəti və heç bir nəticəsi olmayan işdir. Erməni rəsmiləri özləri də gözəl bilirlər ki, Azərbaycanın viran qoyulmuş ərzilərindən keçib müəyyən nöqtəyə gəlmələri o deməkdir ki, onlar orada yaşayışa əmin olsa idilər, çoxdan infrastruktur yaradardılar. Onlar sadəcə olaraq, öz "ağaları"ndan asılı vəziyyətdədirlər. Rusiyanın verdiyi dəstək vasitəsi ilə öz hakimiyyətlərinin vaxtını uzada bilirlər. Münhen Təhlükəsizlik Konfrasında ölkə başçısının səsləndirdiyi fikirlər ermənilər üçün siqnal olmalıdır ki, yaxın zamanlarda Azərbaycan ərazi bütövlüyünü bərpa etmək istiqamətində sərt addımlar atacaq. Ona görə də nə qədər ki, vaxt var, ermənilər düzgün yol tutsalar, havadarları da onlara ağıllı məsləhətlər versələr, vətəndaşlarının ömrünü uzatmış olarlar".

Sizin Reklam Yeriniz