Əlaqə Arxiv
news Image
2015.02.10
18:45
| A A A
“Rusiya bütün təzyiqlərə rəğmən müstəqil xarici siyasət yürüdəcək”

Movqe.az xəbər verir ki, Vladimir Putin çərşənbə axşamı bildirib ki, kənar təzyiqlərə baxmayaraq, Rusiyanın xarici siyasəti "bu günün beynəlxalq mühitində müstəqil olaraq" qalır.

Moskvada "Diplomatiya işçiləri günü" münasibəti ilə keçirilən tədbirlə əlaqədar V.Putin vurğulayıb ki, Rusiya Xarici İşlər Nazirliyinin effektiv işi xüsusi əhəmiyyət daşıyır. Və Rusiya səfirliklərinin, konsulluqlarının və başqa ofis təmsilçilərinin işi ölkə uçun son dərəcə önəmlidir.

"Əminliklə demək olar ki, Rusiya Federasiyası təzyiqlərin həcmindən asılı olmayaraq, öz müstəqil xarici siyasətini yeridəcək. Beynəlxalq təhlükəsizlik və stabilik fonunda bizim xalqın köklü maraqlarının müdafiəsində duracaq", - deyə Rusiya prezidenti diplomatlara ünvanladığı yazılı müraciətində vurğulayıb.

Sizin Reklam Yeriniz