Əlaqə Arxiv
news Image
2015.02.12
10:35
| A A A
Putin beləsini yaşamamışdı

Bu, Rusiya prezidentinin karyerasında ən uzun müddətli müzakirə olub

Belarusun paytaxtı Minskdə "Normand formatı" çərçivəsində keçirilən müzakirələr dördlük liderləri üçün yadda qalan olub.


Movqe.az Anspress-ə istinadən xəbər verir ki, Minskin İstiqlaliyyət sarayında fevralın 11-i axşam saatlarından davam edən görüş hələ də başa çatmayıb. Müzakirələrin davam etdiyi bildirilir. Bu barədə "TASS" xəbər yayıb.


On saatdan artıqdır davam edən toplantı Rusiya prezidenti Vladimir Putinin karyerası boyunca iştirak etdiyi ən uzun müddətli müzakirə olub. Ara-sıra liderlərin salonu tərk etdiyi müşahidə olunsa da onlar yenidən salona qayıdaraq müzakirəni davam etdiriblər.


Bağlı qapılar arxasında keçən iclasa nümayəndə heyəti üzvləri qatılmayıb. Lakin tələb olunduqda onlardan bəziləri müzakirəyə dəvət ediliblər.


Jurnalistlər isə toplantının keçirildiyi zalın yaxınlığında dayanaraq yeni məlumat almağa çalışırlar. Rəsmi şəxslər də müzakirə edilən mövzular barədə hər hansı bir açıqlama verməkdən çəkinirlər.

Sizin Reklam Yeriniz