Əlaqə Arxiv
news Image
2015.02.12
11:50
| A A A
"İran-Azərbaycan əməkdaşlığı Qarabağ munaqişəsinin ədalətli həllinə önəmli təsir göstərəcək"

İran və Azərbaycanın əməkdaşlığı Qarabağ munaqişəsinin ədalətli həlli yolunda önəmli təsiri olacaq.


Movqe.az xəbər verir ki, bunu Trend-ə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin deyib.


O əlavə edib ki, İranla Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsi regional münaqişələrin həlli üçün zəmin yaradacaq.


Səfir, həmçinin İranın Qarabağ munaqişəsinin ədalətli və sülh yolu ilə həlli istiqamətində prinsipial siyasətini vurğulayıb və deyib ki, iki qardaş ölkə arasındakı əlaqələrin güclənməsi regionda sülhün, ədalətin, sabitliyin və inkişafin yaranmasına səbəb olacaq.


M.Pakayin Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun 22-24 fevral tarixlərində Tərəfsiz Dövlətlər Hərəkatı iclasında iştirak etmək üçün Tehrana səfər edəcəyini və bu səfərdə İran rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcəyini də qeyd edib.


Diplomat bu səfərin iki ölkə arasında munasibətlərin daha da güclənməsinə yol açacağına ümidini ifadə edib.


M.Pakayin, həmçinin İran və Azərbaycanın ticarət munasibətlərinin keçən illərlə muqayisədə artdığını vurğulayıb və deyib ki, cari ildə (İranda il martın 21-də başlayır) iki ölkənin əmtəə dövriyyəsi 23 faiz artıb.

Sizin Reklam Yeriniz