Əlaqə Arxiv
news Image
2015.02.12
16:46
| A A A
Əli Həsənov: "Azərbaycan hökuməti istəyir ki..."

"Biz qeyri-hökumət təşkilatlarını qərbyönümlü və ya şərqyönümlü olmalarına görə təsnif etmirik".


Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.


Ə.Həsənov qeyd edib ki, Azərbaycanda qeydiyyatdan keçmiş, qeydiyyatdan keçməmiş, eyni zamanda şəffaf və qeyri-şəffaf fəaliyyət göstərən qeyri-hökumət təşkilatları var: "Bununla yanaşı, fəaliyyətlərində QHT-lər haqqında qanunvericiliyi rəhbər tutan təşkilatlar və eyni zamanda, sifarişlə işləyən, qanunlara əməl etməyən QHT-lər mövcuddur. Bizim təsnifatımız bu şkala üzrə aparılır və onların hər birinə yanaşma da buna uyğun formalaşır".


PA rəsmisi vurğulayıb ki, Azərbaycan hökuməti istəyir ki, ölkədə hər bir təşkilatın fəaliyyəti şəffaf olsun, hər bir təşkilat qanunlara hörmət göstərsin.


Ə.Həsənov, həmçinin əfv prosesi ilə bağlı sualı cavablandıraraq qeyd edib ki, bu proses davamlı olacaq: "Əfv mütəmadi davam edən prosesdir, Əfv Məsələləri Komissiyası da mütəmadi fəaliyyət göstərən bir qurumdur. Əfv prosesi bundan sonra da davam edəcək".

Sizin Reklam Yeriniz