Əlaqə Arxiv
news Image
2015.02.14
10:34
| A A A
Azərbaycana xain çıxan QHT-lər
Elşən Musayev: “QHT-lərə pul verməklə Azərbaycana təsir etmək siyasəti təxminən 2000-ci illərdən başlayıb” Fərid Şahbazlı: “Bəzi QHT-lər özləri dövlət qeydiyyatına düşməkdə maraqlı deyillər”

"Azərbaycanda sifarişlə işləyən QHT-lər var". Bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib: "Biz QHT-ləri qərbyönümlü, şərqyönümlü olmalarına görə təsnif etmirik. Azərbaycanda qeydiyyatdan keçmiş, qeydiyyatdan keçməmiş, eyni zamanda şəffaf və qeyri-şəffaf fəaliyyət göstərən qeyri-hökumət təşkilatları var. Bununla yanaşı, fəaliyyətlərində QHT haqqında qanunvericiliyi rəhbər tutan QHT, eyni zamanda sifarişlə işləyən QHT mövcuddur. Bizim təsnifat bu şkala üzrə aparılır və onların hər birinə yanaşma da buna uyğun formalaşır".

Xatırladaq ki, bundan əvvəl də dəfələrlə ölkəmizdə bu cür fəaliyyət göstərən QHT-lərin ifşası olub. Bir müddət öncə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı da Azərbaycanda fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatlarını casusluqda ittiham etmişdi. Ölkəyə qarşı bu cür mövqe bütövlükdə digər QHT rəhbərləri, ictimaiyyət tərəfindən də bəyənilmir.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirdi ki, beynəlxalq aləmin "QHT variantı" ölkələrə təsir etmək üçün ən optimal bildiyi vasitələrdəndir: "QHT-lərə pul verməklə Azərbaycana təsir etmək siyasəti təxminən 2000-ci illərdən başlayıb. O vaxt QHT-lərin dünyada reytinqi qalxdı. Sonra da ondan siyasi proseslərə təsir etməyə başladılar. Artıq son illərdə maraqlı qüvvələr QHT-ləri sırf siyasi sahələrə transfer ediblər. Bunun artıq Azərbaycanda timsalları da var. Bugünkü vəziyyətin estafeti 2005-ci ildən başlayıb. O vaxt da belə təşəbbüslər olurdu. O vaxt ABŞ səfiri bir çox QHT-ləri Azərbaycan müxalifəti ilə təmasa qoşmuşdu. Amma Azərbaycan dövlətinin yerində olması onların Gürcüstandan, Ukrayandan gələn uğur strategiyasını son dərəcədə zəiflətmiş oldu. Beləliklə də, inqilab estafeti Azərbaycanda dayandı. Azərbaycanda dayanmasaydı, dünyanı böyük fəlakətlər gözləyirdi. Bu gün ortada Anar Məmmədli kimi personajlar var. Bunlar ortalığa araşdırmaçı adı ilə çıxmışdılar. Amma hamı bilir ki, onların "əli" xarici kəşfiyyata işləyir. Bununla da külli- miqdarda pullar qazanırlar. Lakin Azərbayana təzyiq etmək o qədər də asan deyil. Postsovet məkanında digər dövlətlərdən fərqli olaraq Azərbaycanda cəmiyyət demokratikdir. Azərbaycan xalqı Prezidentinə dəstək verən xalqdır".

"İslahatçı Gənclər" İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı bildirir ki, Azərbaycan dövləti QHT-lərin fəaliyyətinə qanunverciliklə nəzarət edə bilir: "Ancaq adı casusluq fəaliyyətində hallanan QHT-lərin çoxu dövlət qeydiyyatına alınmamış formada fəaliyyət göstərən QHT-lərdir. Dövlət qeydiyyatı olmayan QHT-lərin fəaliyyətini isə müəyyən etmək çox çətindir. Yəni, onlar özfəaliyyət həyata keçirməkdədirlər. Odur ki, dövlət qeydiyyatına alınmayan QHT-lərin fəaliyyətinə yenidən baxılmalıdır. Azərbaycan dövləti dəfələrlə vətəndaş cəmiyyətlərinə dəstəyini ortaya qoyub. Ancaq bəzi QHT-lər özləri dövlət qeydiyyatına düşməkdə maraqlı deyillər. Bu da onların "qaranlıq" fəaliyyətindən xəbər verir. Ona görə də bu istiqamətdə qanunvecilikdə müəyyən dəyişiklər etmək lazımdır".

Sizin Reklam Yeriniz