Əlaqə Arxiv
news Image
2015.02.13
23:59
| A A A
Ermənistanda ümummilli səfərbərlik

Müxalifət lideri Sarukyan xalqı ayağa qalxmağa çağırdı

"Mənim fikrimcə bu məsələnin yeganə həll yolu ölkədə hakimiyyət dəyişikliyi və növbədənkənar prezident seçkilərinin keçirilməsidir".

Bunu "Çiçəklənən Ermənistan" partiyasının lideri, oliqarx Qaqik Sarukyan bildirib.

O, Ermənistan prezidenti Serj Sarkisyanın onu Təhlükəsilik Şurasından xaric etməsindən sonra xalqa müraciət edib.

Movqe.az anspress-ə istinadən müraciətin mətnini təqdim edir:

"Əziz xalqım, mübarizəyə hazır olun. Əgər küçələrə 3 min nəfər çıxırsa, bunlar (hakimiyyət-red) qanunları dəyişməlidirlər. Əgər küçələrə bütün xalq çıxırsa onda hakimiyyət dəyişikliyi olmalıdır. Mən Ermənistanı ümumilli səfərbərliyə çağırıram. Bizim bir məqsədimiz olmalıdır. Hamını fasiləsiz mitinqlərə, aksiyalara, yürüşlərə və sairəyə çağırıram. Bununla Sarkisyanın istefasına nail ola bilərik. Hakimiyyəti zalımdan təmizləyə bilərik. Onlar təcili olaraq hakimiyyətdən getməlidirlər. Biz tariximizin bu rüsvayçı səhifəsini qapatmalıyıq. Ermənistandakı bu pis atmosferi aradan qaldırmalıyıq. Bizim sözümüz əməlimizdədir. Mənim qarşıma qoyduğum ən ümdə vəzifə bu şəxsləri hakimiyyətdən devirməkdir. Hamımıza bu işdə qələbə arzu edirəm".

Sizin Reklam Yeriniz