Əlaqə Arxiv
news Image
2015.02.17
15:40
| A A A
Sarkisyan rəqiblərini "vurur"

"Çiçəklənən Ermənistan" partiyasının üzvü Karo Karapetyan partiya sıralarını tərk edib.

Movqe.az xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan müxalif "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Sarukyanın Milli Təhlükəsizlik Şurasında üzvlüyünü ləğv etdikdən sonra, daha bir deputat adıçəkilən partiyadan uzaqlaşıb.

Partiyanın daha bir üzvü Karo Karapetyan partiya sıralarını tərk edib. Ermənistan parlamentinin sədrinə ünvanladığı ərizədə Karapetyan partiyanı tərk etmə səbəb kimi ''Çiçəklənən Ermənistan" partiyasının təşəbbüskarı olduğu və ölkədaxili gərginliyi artıran proseslərdə iştirak etmək istəmədiyini' göstərib.

Son məlumatlara görə, daha bir millət vəkili Araqats Ahoyan da parlament sədrinə "Çiçəklənən Ermənistan" partiyasının sıralarını tərk etmək istədiyi ilə bağlı ərizə təqdim edib.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan isə "Çiçəklənən Ermənistan" partiyasına qarşı yönələn addımları siyasi təqib adlandırıb.

Sizin Reklam Yeriniz