Əlaqə Arxiv
news Image
2015.02.17
19:15
| A A A
NATO rusları atəşkəsi pozmaqda ittiham etdi

NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı, general Filipp Bridlav qondarma Donetsk Xalq Respublikasının liderlərini atəşkəsi pozmaqda ittiham edib.


Movqe.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, özünün twitter səhifəsində yazıb.


"Ukraynadakı situasiya ilə bağlı narahatlığımı bildirirəm. Çünki separatçılar Debaltsovada atəşkəs rejimini pozurlar", - deyə general qeyd edib. Onun sözlərinə görə, separatçılar həmçinin, ATƏT müşahidəçilərinin bölgəyə girişini əngəlləyirlər.


Qeyd edək ki, az öncə qondarma qurumun başçıları şəhərin 2/3-nə nəzarəti ələ keçirdiyini bəyan ediblər.


Tərəflər arasında atəşkəs rejimi rəsmən fevralın 15-i, saat 00:00-dan qüvvəyə minib.

Sizin Reklam Yeriniz