Əlaqə Arxiv
news Image
2015.02.18
11:35
| A A A
Liviya da İŞİD-in əlinə keçdi - VİDEO - FOTO

Sirt, Nofaliya, Benqazi, Derna, Tubruq... Bu şəhərlər Liviyadadır. Onlar "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Liviyadakı bölməsinin tam nəzarətindədir.

Dünənsə İŞİD-in yerli dəstələrindən olan "Ənsər əş Şəriə" qruplaşması yeni video yayıb.

Benqazidə çəkilmiş videoda terrorçular şəhər polis idarəsinin "Toyota Land Cruiser" markalı avtomobillərindən karvan formalaşdıraraq küçələrlə hərəkət edirlər.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, Benqazi sakinləri polis avtomobillərindəki İŞİD terrorçularını salamlayır, sayğılarını bildirirlər.

"Ənsər əş Şəriə" qruplaşması Liviyada Şəriət qaydaları ilə idarə olunan xilafət qurulmasını istəyir.

Qruplaşma ötən ilin iyul ayında İŞİD-ə "biət" edib. Noyabr ayında isə BMT "Ənsər əl Şəriə"ni terrorçu təşkilatlar siyahısına daxil edib.

Qruplaşma 2012-ci ildə Benqazidə ABŞ səfiri Kristofer Stivensi qətlə yetirməkdə, habelə ötən həftə 21 misirli kopt xristianın başlarının kəsilərək edam olunmasında suçlanır.

Liviyanın dünya birliyi tərəfindən tanınmış hökuməti paytaxt Tripolidən qaçaraq Tobruka sığınıb.

Ölkənin Aralıq dənizi sahilindəki şəhərləri və şərq hissəsi faktiki olaraq İŞİD-in tam nəzarətindədir.

Liviyada hazırda iki parlament və hökumət var.

Baş nazir Abdalla ət Taninin başçılıq etdiyi qanuni hökumət, habelə parlament Tobrukdadır. Paytaxt Tripolidə isə İŞİD-in kontrolundakı Ümummilli Konqres fəaliyyət göstərir.



Sizin Reklam Yeriniz