Əlaqə Arxiv
news Image
2015.02.19
10:35
| A A A
Elmar Məmmədyarov Gürcüstana səfərə gedib

Xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Gürcüstana rəsmi səfərə yola düşüb.


Azərbaycan XİN-in mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun Gürcüstanın yüksək rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.


Qeyd edək ki, daha öncə Gürcüstan XİN-in mətbuat katibi David Kereselidze ənənəvi mətbuat konfransında bildirmişdi ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Tbilisiyə səfəri çərçivəsində iki ölkə arasında energetika və nəqliyyat sahələrində birgə layihələr müzakirə olunacaq.


Onun sözlərinə görə, ikigünlük səfər zamanı Elmar Məmmədyarovun Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili, XİN rəhbəri Tamar Beruçaşvili ilə görüşləri planlaşdırılıb.


D.Kereselidze qeyd etmişdi ki, Gürcüstan azərbaycanlı nazirin səfərinə xüsusui əhəmiyyət verir, bunu da iki ölkənin strateji əməkdaşlığı şərtləndirir.

Sizin Reklam Yeriniz