Suriyanın şimalında Türkiyəyə üçün təhdidedici situasiya yaranarsa və ya PKK-nın iştirakı ilə separatçı rejim qurularsa, Ankara bölgəyə hərbi müdaxilə imkanlarını nəzərdən keçirəcək. APA-nın məlumatına görə, bu fikirləri AKP sədrinin müavini Ömər Çelik deyib. "Biz də Suriyada kürdlərin hüquqlarını müdafiə edirik, amma orada hər hansı formada terrorçu fəaliyyətin olmasına imkan vermərik. Bizə qarşı hər hansı təhdid yarada biləcək addımların atılmasını tövsiyə etmirik".
Ömər Çelik bildirib
ki, heç kim Türkiyənin Suriyaya hərbi müdaxilə etməsini arzulamır:
"İndiyə kimi hərbi müdaxilə məsələsi çox gündəmə gətirildi. Heç bir
dövlət qonşu dövlətə hərbi müdaxilə etmək istəməz. Amma bu bir
seçim imkanı deyil, məcburiyyət yaranarsa, əl ata biləcəyimiz
vasitələrdən biridir. Əsəd silah paylayır, PYD və PKK Əsəd rejimi
ilə əməkdaşlıq edir. Bu günə kimi PKK Əsəd rejiminə qarşı heç bir
mövqe nümayiş etdirməyib.
Xüsusilə Afşin və Kobali bölgələrində Əsədə bağlı qüvvələr PKK ilə
açıq-aşkar əməkdaşlıq edir. Bu Əsəd rejiminin dolayı yolla
Türkiyəyə qarşı formalaşdırmaq istədiyi təzyiq mexanizmlərindən
biridir. Bu mexanizmi PKK vasitəsilə həyata keçirmək istəyirlər.
Amma Türkiyəyə qarşı təhdidedici situasiya yaranarsa, və yaxud
orada PKK-nın iştirakı ilə hər hansı qurum formalaşdırılarsa,
Suriyaya hərbi müdaxilə qaçılmaz olacaq".