Əlaqə Arxiv
news Image
2015.02.19
14:05
| A A A
Prezident İlham Əliyev ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın etimadnaməsini qəbul edib.


Movqe.Az AzərTAc-a istinadən xəbər verir ki, səfir Robert Sekuta fəxri qarovul dəstəsinin qarşısından keçib.


Robert Sekuta etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.


Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.


Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələri əhatə etdiyi məmnunluqla qeyd olundu. Bu əlaqələrin regional əməkdaşlıq, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, enerji, nəqliyyat və digər sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Səfir Robert Sekutanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin uğurlu inkişafının davam edəcəyinə əminlik ifadə olundu.


Söhbət zamanı Azərbaycan - ABŞ münasibətlərinin perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Sizin Reklam Yeriniz