Əlaqə Arxiv
news Image
2015.02.19
16:30
| A A A
Dəniz Baykal qayıdır

Türkiyənin əsas müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykal bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürüb.


Movqe.az "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, D.Baykalın namizədliyi rəsmən qeydə alınıb.


Qeyd edək ki, D.Baykal 2010-cu il mayın 10-da şəxsi həyatını əks etdirən videogörüntülərin internetə sızmasından sonra istefa vermişdi.


Türkiyədə parlament seçkilərində 31 siyasi partiya təmsil olunacaq.

Sizin Reklam Yeriniz