Əlaqə Arxiv
news Image
2015.02.19
17:55
| A A A
Rusiya XİN-indən Dilqəm Əsgərovla bağlı məsələyə münasibət

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistan hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürülmüş Rusiya vətəndaşı, azərbaycanlı Dilqəm Əsgərovla bağlı məsələyə yenidən münasibət bildirib.


Movqe.az xəbər verir ki, APA-nın Moskva müxbirinin "Yanvar ayında Rusiya XİN başçısı Sergey Lavrovun Dilqəm Əsgərovla bağlı məsələnin erməni tərəfi ilə müzakirə olunacağını bildirməsindən bir ay keçir. Erməni tərəfi ilə danışıqlarda hansısa nəticə varmı" sualına Rusiya XİN-in xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç belə cavab verməklə kifayətlənib: "Nazir Sergey Lavrovun da dediyi kimi, bu məsələ erməni həmkarlarımızla müzakirə olunacaq".

Sizin Reklam Yeriniz