Əlaqə Arxiv
news Image
2015.02.19
18:30
| A A A
Türkiyənin xarici işlər naziri Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu fevralın 25-26-da Azərbaycana səfər edəcək.

Movqe.az xəbər verir ki, bu haqda məlumatı Türkiyənin Azərbaycandakı səfirliyi yayıb.

Məlumatda deyilir ki, səfər zamanı türkiyəli diplomat Dağlıq Qarabağ münaqişəsini, ölkələrimiz arasındakı ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edəcək.

Mevlut Çavuşoğlunun Azərbaycan prezidenti, xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, bu səfər iki dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin tərkib hissəsi olacaq.

Sizin Reklam Yeriniz