Əlaqə Arxiv
news Image
2015.02.20
14:47
| A A A
Həmsədrlərin gücü ancaq buna çatır?

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşkəs rejiminə riayət etməyə çağırıblar. Bu barədə Movqe.az ATƏT-in saytına istinadən məlumat verir.


Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik fevralın 16-19-da səfərdə olub.


Məlumatda deyilir: "Həmsədrlərlə görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq olduqlarını təsdiq ediblər. Dövlət başçıları, həmçinin həmsədrlərin atəşkəs rejiminə riayət edilməsi üzrə tədbirləri gücləndirmək təklifi ilə razılaşıblar".


ATƏT saytının məlumatına görə, vasitəçilər prezidentlərin və xarici işlər nazirlərinin gələcək addımlarını, eləcə də bu il Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlığı müzakirə ediblər: "Həmsədrlər regiona səfər zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşüblər və münaqişə zamanı itkin düşmüş şəxslərlə bağlı məsələləri müzakirə ediblər. Onlar ötən il Parisdə prezidentlərin görüşündə əldə edilmiş Qırmızı Xaç Komitəsinin nəzarəti altında itkin düşənlərlə bağlı informasiya mübadiləsinə dair sazişin vacibliyini vurğulayıblar".

Sizin Reklam Yeriniz