Əlaqə Arxiv
news Image
2015.02.20
16:55
| A A A
Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Prokopis Pavlopulosa təbrik məktubu ünvanlayıb.


Movqe.Az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:


"Hörmətli cənab Pavlopulos,


Yunanıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.


İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.


Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Sizin Reklam Yeriniz