Əlaqə Arxiv
news Image
2015.02.20
18:15
| A A A
YAP rəsmisindən Minsk Qrupuna etiraz

"ATƏT Minsk Qrupunun həmsədrləri yenidən Azərbaycana qarşı diplomatik səhvə yol verdilər".

Movqe.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib. Millət vəkili həmsdərlərin Qarabağla bağlı sonuncu bəyanatını tənqid edib.

"Bu gün ATƏT Minsk Qrupunun həmsədrləri ATƏT-in rəsmi saytında fevral ayının 16-19-a Azərbaycan və Ermənistana səfərləri ilə bağlı press-reliz yayıblar. Diqqəti cəlb edən bəyanatın mətnində həmsədr ölkələrin nümayəndələrinin Azərbaycanla bağlı kobud səhvə yol vermələridir. Bəyanatın mətnində "Dağlıq! Qarabağın faktiki rəhbərləri ilə görüş keçirdikləri" bildirilir.

Həmsədr ölkələr olan ABŞ, Fransa və Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və onların vasitəçiliyi Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasından ibarətdir.

Dağlıq Qarabağ adlanan tarixi Azərbaycan coğrafi ərazisi Ermənistan tərəfindən işğal edilmiş ərazinin cəmi üçdə birini təşkil eilir. Azərbaycanın nəzarətindən kənarda olan ərazidə hakimiyyət yox, Ermənistan işğalçı qüvvələrinin nümayəndələri var.

ATƏT Minsk Qrupu həmsədrlərinin işğalçı komandanlıq nümayəndələrinə legitimlik vermək cəhdi yolverilməzidr və bu dilomatik səhv aradan qaldırılmalıdır. Ötən il noyabrın 12-də də Ermənistan hərbi helokopteri Azərbaycan ərazinidə vurulandan sonra da diplamik səhvə yol verilmiş, sonradan səhv düzəldilmişdi",-deyə YAP rəsmisi etirazını bildirib.

Sizin Reklam Yeriniz