Əlaqə Arxiv
news Image
2015.02.21
18:02
| A A A
Kamikadze hücumunda nazir öldü

Somalinin paytaxtı Moqadişuda bir oteldə təşkil edilən hücumda həyatını itirənlərin sayı 12-yə çatıb.

Movqe.az publika.az-a  istinadən xəbər verir ki, Moqadişunun mərkəzində yerləşən "Central Hotel"də 2 kamikadzenin özünü partlatması nəticəsində liman və dəniz nəqliyyat naziri Nur Ferah Hirsi ilə "Delcir" Partiyasının sədri Abduşşekur Adəm ölüb.

Yaralananların arasında isə baş nazirin müavini Məhəmməd Ömər Arten, Belad şəhərinin valisi Məhəmməd Mahmud Senay və millət vəkili Abdulkadir Ali Ömər var.

Sizin Reklam Yeriniz