Əlaqə Arxiv
news Image
2015.02.21
21:00
| A A A
Şaxtalar 23 can aldı
Movqe.az-ın APA-ya istinadən  məlumatına görə, təkcə Tennessi ştatında 18 nəfər anomal hava şəraitinin qurbanı olub. Ölüm halları daha çox yol-nəqliyyat hadisələrində qeydə alınıb, digər şəxslər isə donaraq ölüb.

Daha bir neçə nəfər Noks dairəsində yaşayış evində baş vermiş yanğında həyatla vidalaşıb.

Bununla yanaşı, ştatın 2700-dən çox sakini mürəkkəb hava şəraiti ucbatından elektrik enerjisiz qalıb.

Bəzi ştatlarda havanın temperaturunun -40 dərəcəyədək düşəcəyi gözlənilir.

Fevralın 17-də məlumat verilmişdi ki, ABŞ aviaşirkətləri anomal qar yağışı səbəbindən 2,6 min reysi təxirə salmalı olub.

Daha pis hava şəraiti Şimali Karolina, Tennessi və Nyu-York ştatları, həmçinin Vaşinqton ətrafında yerləşən paytaxt regionu aeroportlarının işinə təsir edib.

Güclü qar və aşağı temperatur ABŞ-ın Atlantik və Orta Qərb regionunun əksər ştatlarında qeydə alınıb.
Sizin Reklam Yeriniz