Əlaqə Arxiv
news Image
2015.02.24
10:31
| A A A
Psaki azərbaycanlı girovlar barədə danışdı

Rəsmi Vaşinqton girovların qaytarılması üçün çağırış edib

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovdan danışıb.


Movqe.az-ın verdiyi məlumata görə, Departament sözçüsü gündəlik mətbuat brifinqində girovların qaytarılmasını dəstəklədiklərini bildirib.


"Biz bundan öncə də həmsədr Ceyms Uorlik vasitəsilə hər 2 şəxsin azad edilməsini və Azərbaycan hökumətinə qaytarılmasını dəstəkləmişik. Biz həmçinin müvafiq hakimiyyətə bu 2 şəxsi Azərbaycan hökumətinə qaytarmağa dair çağırış etmişik. Tərəflər keçmişdə humanitar jest olaraq girovların qaytarılmasına dair ümumi yol tapıblar. Bu kimi humanitar jestlər tərəflər arasında gərginliyin azalmasının göstəricisidir və eyni zamanda da tərəflər arasında inam mühitini qurar".


Xatırladaq ki, Psaki daha əvvəl girovlarla bağlı suala cavab verməkdən boyun qaçırmışdı.


Qeyd edək ki, 2 azərbaycanlı - Dilqəm Əsgərov və Şahbaz Quliyev doğma yurdlarına baş çəkən zaman Ermənistan silahlıları tərəfindən girov götürülüblər.

Sizin Reklam Yeriniz