Əlaqə Arxiv
news Image
2015.02.27
09:17
| A A A
İşçi qruplarının yaradılması təklifi Ermənistanı qorxuya salıb
Hikmət Hacıyev: “İşçi qrupu böyük sülh sazişi adlanan layihəsinin bir hissəsidir” Qabil Hüseynli: “İşçi qrupu tərəflərin mövqelərini öyrənməli, sülh sazişinin mətnini hazırlamalıdır”

Məumdur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə tərəflərinə işçi qrupun yaradılmasını təklif ediblər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bildirib ki, həmsədrlər münaqişənin həlli ilə bağlı işçi qrupların yaradılması təklifini irəli sürüblər. Nazir eyni zamanda işçi qrupu yaratmaq üçün addım-addım işlərin getdiyini bildirib. Ancaq hələlik rəsmi İrəvan bu təklifi rədd edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Mövqe"yə açıqlamasında bildirdi ki, işçi qrupu prezidentlərin Paris görüşündən sonra böyük sülh sazişi layihəsinin hazırlanması üzərində irəli sürülmüş təklifdir: "Fransa prezidenti tərəflərə çağırış etdmişdi ki, tərəflər böyük sülh sazişi üzərində işə başlasınlar. Böyük sülh sazişi layihəsi prosesinin daxilində müxtəlif məsələlər və aspektlər var. Burada qaçqın və məcburi köçkünlərin geri qaytarılması, işğaldan azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin olunması, minalar problemi, su, elektrik təminatı və bir sıra sosial xarakterli məsələlər yer alıb. Bu məsələlərin hamısının müzakirəsi üçün ayrıca mütəxəssislərin iştrakı ilə işçi qrupları olmalıdır. Həmin işçi qruplar çərçivəsində bu məsələlərin həll yolları istiqamətində ümumi fikir formalaşmalıdır. Bu prosesin hədəfi münaqişənin həllini təmin etməkdir. Ancaq Ermənistan tərəfinin mövqeyinə görə, bu məsələlərdə irəliləyiş yoxdur".

Hikmət Hacızadə əlavə etdi ki, işçi qrupu böyük sülh sazişi adlanan layihəsinin bir hissəsidir: "Bu prosesin çərçivəsində məsələlərə kompleks baxılmalıdır. Burada mərhələli yanaşma olmalıdır. Mərhələli yanaşmanın içində də müxtəlif aspektli problemlər durur. Bu problemlər böyük sülh sazişi altında işçi qrupları çərçivəsində müxtəlif ekspertlərin iştirakı ilə müzakirə olunmalıdır. Yekunda da böyük sülh sazişi prosesində bunlar öz əksini tapmalıdır. Ona görə də bu proseslərə indidən başlamaq lazımdır ki, vaxt itkisinə ol verməyək".

Nazirliyin sözçüsü bildirdi ki, işçi qrupu dedikdə mütəxəssislərdən söhbət gedir: "Burada azərbaycanlı və erməni mütəxəssislər ola bilər. Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və beynəlxalq təsisatlar da prosesdə iştirak edə bilərlər. Amma orada kimin iştirak edəcəyi bu gün əsas məsələ deyil. Əsas problem bizim razılığa gəlməyimizdir. Yəni, Ermənistan konstruktivlik nümayiş etdirməlidir, münaqişənin həllində maraqlı olduğunu ortaya qoymalıdır. Bu barədə ümumi razılıq olunandan sonra onun tərkibinin formalaşması məsələsi gələcək. Yəni, texniki inzibati məsələlərə asanlıqla həll yolu tapmaq olar".

Politoloq Qabil Hüseynli bildirdi ki, böyük sülh sazişi ideyası ortaya atılıb: "Vaxtı ilə bu, Azərbaycan tərəfindən irəli sürülmüşdü, amma qəbul etmədilər. İndi isə Fransua Olland tərəfindən irəli sürülüb. Həmin sülh sazişinin hazırlanması üzrə işçi qrupunun yaradılması təklifi meydana çıxıb. Bu, tərəflərin mövqelərini öyrənməli, sülh sazişinin mətninin hazınlanması və s. barədə razılıqdır. Çünki, indiyə qədər Dağlıq Qarabağ problemi ilə bağlı müzakirə edilən məsələlərin ikisindən yəni, Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağın statusunun ayındınlaşmasından başqa qalan məsələlər razılaşdırılıb. Razılaşdırılanlar isə prinsipial əhəmiyyət kəsb etməyən məsələlərdir. İndi Azərbaycan tərəfi deyir ki, razılaşdırılan məsələləri sülh sazişinin içərisinə yığaq, diqqətimizi razılaşdırılmamış məsələlərə yönəldək. Hələlik Ermənistan buna razılıq vermir. İndi də işçi qrupunun yaradılması ideyası meydana gəlib ki, o, böyük sülh sazişini hazırlanması ilə məşğul olsun".

Sizin Reklam Yeriniz