İran ABŞ-ı iranlı zəvvarların azadlığa buraxılmasına səy göstərməyə çağırıb
ABŞ-ın İranda maraqlarını qoruyan İsveçrə
səfirliyinin müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər
Nazirliyinə çağırılıb. APA-nın "Fars" xəbər agentliyinə istinadən
məlumatına görə, görüşdə avqustun 4-də Suriyada qaçırılmış 48
iranlı zəvvarın təhlükəsizliyindən ABŞ-ın məsuliyyət daşıdığı
bildirilib. Eyni zamanda isveçrəli diplomata rəsmi Vaşinqtonun
suriyalı müxaliflər üzərindəki nüfuzundan istifadə edərək iranlı
ziyarətçilərin dərhal sərbəst buraxılmasına səy göstərməsi tələb
olunub.
İsveçrə səfirliyinin müvəqqəti işlər vəkili də məsələ ilə bağlı ABŞ rəhbərliyini xəbərdar edəcəyini və nəticəsini İran Xarici İşlər Nazirliyinə çatdıracağını vurğulayıb.
İsveçrə səfirliyinin müvəqqəti işlər vəkili də məsələ ilə bağlı ABŞ rəhbərliyini xəbərdar edəcəyini və nəticəsini İran Xarici İşlər Nazirliyinə çatdıracağını vurğulayıb.