Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 55 dəfə pozub.
Movqe.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir
ki,Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki
adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər
kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə
tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Ağdam
rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Sarıcalı, Cəvahirli,
Şirvanlı, Kəngərli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı
Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında,
həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.