Əlaqə Arxiv
news Image
2015.03.03
18:30
| A A A
NATO İrəvanı təftiş edir

Hərbi təşkilatın nümayəndələri Ermənistana gəlib.

NATO-nun xüsusi qrupu Ermənistanda Fərdi Əməkdaşlıq Proqramının icrası ilə bağlı vəziyyəti araşdırmaq üçün İrəvana gəlib.

Movqe.az-ın anspress-ə istinadən məlumatına görə, ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən razılaşdırılmış səfər martın 2-dən 4-dək davam edəcək.

Ermənistan Müdafiə Nazirliyində NATO ilə əməkdaşlıq üzrə işçi qrupunun və müdafiə nazirinin birinci müavini David Tonoyan ilə görüşlədə aparılan fikir mübadiləsi zamanı proqram çərçivəsində əməkdaşlıq üzrə irəliləyişin qeydə alınmadığı vurğulanıb.

Söhbət zamanı bildirilib ki, hərbi təhsil və şəxsi heyətin idarə olunması sahəsində islahatların aparılmaması məyusluq yaradır. Bu amillər NATO ilə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə, beynəlxalq sülhməramlı missiyalarda Ermənistanın iştirakının məhdudlaşmasına təsir göstərir.

Sizin Reklam Yeriniz