Əlaqə Arxiv
news Image
2015.03.06
08:40
| A A A
Mehriban Əliyeva Vatikanda Müqəddəs Taxt-Tacın mədəniyyət naziri ilə görüşüb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva martın 5-də Vatikanda Müqəddəs Taxt-Tacın mədəniyyət naziri kardinal Canfranko Ravazi ilə görüşüb.

Nazir Canfranko Ravazi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı salamlayaraq onun ölkəmizlə Vatikan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsindəki fəaliyyətini yüksək qiymətləndirib.

Canfranko Ravazi humanitar və mədəniyyət sahələrində dövlətlərimiz arasında həyata keçirilən layihələrin nadir xarakter daşıdığını bildirib. O, Roma katakombalarının, Vatikan Apostol Kitabxanasındakı bəzi nadir əlyazmaların bərpası və elektronlaşdırılması, həmçinin digər layihələrin icrası ilə bağlı Mehriban Əliyevanın göstərdiyi xidmətləri müsəlman ölkəsi olan Azərbaycan tərəfindən atılan mühüm tarixi addım kimi qiymətləndirib. Canfranko Ravazi ölkəmizdəki tolerantlığın və Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfənin Müqəddəs Taxt-Tac tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin Vatikanla ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tacla bağlı bir sıra layihələrdə iştirakının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Qeyd edib ki, bu layihələrin təkcə xristian dünyası üçün yox, bütün bəşəriyyət üçün xüsusi dəyəri var. Azərbaycanın birinci xanımı ölkəmizin bundan sonra da bu cür layihələrin icrasında iştirak etməyə sadiq qalacağını deyib.

Mehriban Əliyeva Canfranko Ravazini bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dəvət edib

Sizin Reklam Yeriniz