Baş nazirin, baş prokurorun və İstintaq Komitəsinin sədrinin
əmək haqları da ixtisar edilib
Vladimir Putin Rusiya prezidentinin, baş nazirin, baş prokurorun və
İstintaq Komitəsinin sədrinin əmək haqlarının 2015-ci ilin sonuna
kimi 10 faiz azaldılması barədə sərəncam imzalayıb.Movqe.az APA-nın
Moskva müxbirinin xəbərinə istinadən məlumat verir ki, bu barədə
Kremlin mətbuat xidməti məlumat yayıb.
"2015-ci il martın 1-dən dekabrın 31-nə kimi Rusiya prezidentinin,
baş nazirin, baş prokurorun, İstintaq Komitəsinin sədrinin aylıq
əmək haqları və pul mükafatları 10 faiz həcmində azaldılacaq.
V. Putinin digər sərəncamı ilə Prezident Administrasiyası, Nazirlər
Kabineti və Hesablama Palatasında çalışanların əmək haqları da 10
faiz ixtisara məruz qalıb.