Müavini Ərdoğana etiraz edib
Türkiyə baş nazirinin müavini Bülent Arınç Mərkəzi Bankın faiz siyasətini tənqid edən prezident Rəcəb Tayyib Ərdoğana etiraz edib.
Movqe.az publika.az-a istinadən xəbər verir ki, baş nazirin müavini Mərkəzi Bankı təhdid etməyin doğru olmadığını deyib.
"2002-ci ildən bu yana daxili qaynaqlı iqtisadi böhran yaşamadıq. Mərkəzi Bank müstəqil bir qurumdur və üzərinə düşən işi görür. Mərkəzi Bankı təhdid etmək doğru deyil", - NTV telekanalın qonağı olan Arınc bildirib.
Qeyd edək ki, prezident Ərdoğan tez-tez Mərkəzi Bankın faiz siyasətini tənqid edir. Dövlət başçısı faiz dərəcələrini aşağı salmayan Mərkəzi Bankı "vətən xaini" adlandırıb.