Əlaqə Arxiv
news Image
2015.03.13
12:30
| A A A
Xruşşovun kötücəsi: “Rus xalqı demokratiyaya inanmır”

Nyu-Yorkdakı Yeni Məktəbin beynəlxalq münasibətlər kafedrasının professoru, keçmiş sovet lideri Nikita Xrussovun kötücəsi Nina Xruşşova "Çar Putin həmişə haqlıdır" adlı məqalə yazıb. Movqe.az "Reuters"ə istinadın xəbər verir ki, Xruşşeova qeyd edir ki, "istər imperator Romanov olsun, istərsə də sovet komissarı və ya prezident Vladimir Putin, rejimin qəddarlığından asılı olmayaraq, rusiyalılar həmişə belə hesab ediblər ki, onların liderləri səhvsiz hərəkət edir".Müəllifin fikrincə, məntiqə görə, istibdad narazılıq yaratsa da, tarixdə bir neçə daha pis tiran dövrünü yaşamış ruslar qiyamətin başlaması kimi dəhşətli dərəcədə hakimiyyət dəyişikliyindən qorxurlar. "Rejimin sonu onlar üçün ümid yox, kataklizm deməkdir" – yazır Nina Xrussova.

"Rus xalqı necə ki, plüralistik demokratiyaya inamsızlıq bəsləyir, bir o qədər "güclü əl"ə vazkeçilməz şəkildə sadiqlik göstərirlər. Bundan əlavə, nə vaxt ki, ABŞ və Avropa Birliyi Kremlin repressiv siyasətdə ittiham edirlər, rusiyalılar öz hökmdarları ətrafında birləşirlər. Necə ki, bu, indi Putinlə baş verir", - deyə o qeyd edib.



Sizin Reklam Yeriniz