XİN: Türkiyə 1915-ci il hadisələrinin birtərəfli araşdırılmasına qarşıdır
Türkiyə 1915-ci il hadisələrinin birtərəfli qiymətləndirilməsinin və onlardan Ankaraya qarşı siyasi təzyiq kimi istifadə edilməsinin əlyehinədir. Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç Avropa Parlamentinin guya Türkiyədə 1915-ci ildə ermənilərə qarşı etnik təmizləmə həyata keçirildiyinə dair bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, Belə bəyanatlar türk və erməni xalqlarının dostluğu üçün ciddi təhlükə yaradır.