Əlaqə Arxiv
news Image
2015.03.16
15:10
| A A A
Dünyanın silah nəhəngləri (SİYAHI)
SIPRI silah ixracatçıları ilə bağlı hesabat hazırlayıb

Hərb Stokholm Beynəlxalq Sülh Tədqiqat İnstitutu (SIPRI) bu gün dünyanın ən böyük silah ixracatçıları ilə bağlı illik hesabat yayıb. Movqe.az-ın məlumatına görə, Çin dünyada silah ixracına görə Almaniya və Fransanı ötərək 3-cü yerə çıxıb. Birinci yerdə ABŞ, ikinci Rusiya gəlir.

Hesabatda bildirilir ki, bu məlumat silahların ümumi dəyərini deyil, ixracın həcmini əks etdirir. 2014-cü ildə ABŞ adi silahların ixracının 31 faizini həyata keçirib. İkinci yerdə 27 faizlə Rusiya gəlir. Çin isə 5 faizlə üçüncü yerdədir. Pekin cüzi fərqlə Almaniya və Fransanı geridə qoyub. Çinin ixracının 41 faizi Pakistana gedib. Rusiyanın top alıcısı isə dünyanın aparıcı silah idxalçısı Hindistan olub.

İnstitutun hesabatında ən çox alıcı ABŞ-a məxsusdur, Cənubi Koreya isə ABŞ silahlarının 9 faizini alır.


Sizin Reklam Yeriniz