Əlaqə Arxiv
news Image
2015.03.17
10:25
| A A A
Müxalifət daha bir mitinq fiaskosu yaşadı
Radikal düşərgəəd yer alanlara xalqın münasibəti növbəti dəfə tam aydınlığı ilə üzə çıxdı

Radikal düşərgəəd yer alan müxaliftəin sosial bazasının yoxluğu martın 15-də onların təşkil etdikləri növbəti mitinqdə də öz əksini aydın surətdə göstərdi. uzunmüddətli təbliğata, sosial şəbəkələrdə edilən çağrışlara baxmayaraq, mitinqə cəmi bir neçə yüz adam toplaşdı. Onların böyük əkaəriyyəti də radikal müxalif liderlərin yaxını idi.

Yasamal rayonu ərazisindəki keçmiş "Məhsul" stadionunda Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışmitinqə toplaşanların sayı bir daha radikalların sosial bazasının mövcud duruum haqda həqiqətləri üzə çıxardı. Eyni zamanda bu hal göstərdi ki, xalq mövcud hakimiyyətdən heç də müxalifələrin iddia etdiyi kimi narazı deyil. Əksinə, mitinqə sadə vətəndaşların münasibəti insanların kimdən narazı olduğunu tam çılmaqlığı ilə üzə çıxardı.

Qeyd edək ki, son iqtisadi proseslərə etiraz olaraq keçirilən aksiyada Milli Şuraya daxil olan qurumlarla yanaşı, digər müxalifyönlü təşkilatların təmsilçiləri iştirak ediblər. Lakin Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun 2 saat davam edən toplantısına qeyri-hökumət təşkilatlarının təmsilçilərinin də iştirakı ilə cəmi 600 nəfərədək insan qatılıb. Halbuki, mitinq AXCP, İslam və Xalq partiyalarının, eləcə də bir sıra müxalifətyönümlü qurumların birgə iştirakı ilə keçrilib. Onların isə meydaan çıxardıqlar ıinsanların sayı cəmiyyətin radikallara münasibətinin növbəti dəfə konkret təzahürü oldu.

Mitinqə toplaşanların seyrəkliyi isə radikal liderləri də sözün əsl mənasında dilxor etdi. İş o yerə çatdı ki, müxalifət liderləri öz tərəfdarlarından tribunaya tərəf sıxlaşmağı xahiş etdi. Məqsəd narazı insanların sıralarının sıx olması görüntüsü yaratmaq idi. Aydın məsələdir ki, bu izdiham görüntüsü də şəkil çəkdirmək üçün idi. Amma bu da müxaliflər üçün istənilən effekti vermədi. Xalqın gözündən nə qədər düşdüklərini paralement seçkilərinin keçriləəcyi bir ildə özləri yenidən cəmiyyətə nümayiş etdirmiş oldular.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov da tam haqlı olaraq qeyd edir ki, müxalifət mitinq yox, növbəti dəfə şou təşkil etdi: "Bu mitinq deyildi, bir şou idi. Əli Kərimli konsert verirdi. Çıxışdan daha çox musiqi idi. Özünün səsi olmadığından elə Əbülfəz Qurbanlını orada uladırdı". O, Trend-ə açıqlamasında bir məqama da diqqət çəkərək bildirib ki, mitinqdə səslənən fikirlərin heç biri, ümümiyyətlə, nə məntiqə, nə iqtisadiyyata, nə siyasətə aidiyyatı olmayan məsələlərdir: "Avropadan ayrı-ayrı qurumlardan maliyyələşən və onların sifarişi ilə Azərbaycanda bu cür şeyləri təşkil edən insanlar digər insanların ünvanına ittiham səsləndirirlər". YAP rəsmisi hesab edir ki, bu cür mitinqlərin heç bir effekti yoxdur və gələcəkdə də effektsiz olacağı göz qabağındadır, çünki müxalifətin heç bir sosial bazası yoxdur.

Mitinqdə iştirak edən insanların sayı məsələsinə toxunan S. Novruzov bildirib ki, orada iştirak edənlərin əksəriyyəti müxalif liderlərin qohum-əqrabası və pulla tutulmuş adamlarıdır. YAP rəsmisi mitinqdə səslənən tələblərə də münasibət açıqlayıb: "Onlar kimdi ki hakimiyyət qarşısında tələb qoysunlar?! Tələbi yalnız real qüvvə, ictimai-siyasi həyata təsir edənlər irəli sürə bilər. Bunlar real qüvvə deyil axı. Milli Şuradakılar heç özlərinə tələb qoya bilmirlər. Tələb o zaman ola bilər ki, dövlətdə hər hansı bir nöqsan olsun. Hazırki dövrdə Azərbaycan hakimiyyətində hər şey qaydasındadır. Yanlış fəaliyyət göstərən insan dövlətin qarşısında tələb qoya bilməz. AXCP sədri Əli Kərimli qrant oğurlamaqla məşğul olub. Ona sual verin, 20 ildir heç bir yerdə işləmə-işləməyə necə dolanır? Əslində onlara fikir vermək düzgün deyil. Çünki onlar bizim üçün əhəmiyyətsizdilər". Ümumiyyətlə, bu mitinq bir daha göstərdi ik, xalq radikal müxalif qüvvələri həqiqətən tarixin arxivinə göndərib.

Daha bir maraqlı nüans odur ki, etiraz aksiyasının keçirildiyi yerin yaxınlığında böyük yarmarka təşkil olunmuşdu. Bura üz tuanların da sayı kifayət qədər idi. Amma bu şəxslərdən heç kim "Məhsul" stadionunda Milli Şuranın mitinqinə qatılmadı. Yarmarkaya gedənlər stadionun yanından sadəcə keçib gedirdilər. Həmin davranışlarından da görmək olardı ki, onlar öz taleyindən o qədər də narahat və narazı deyillər. Bəlkə bu səbəbdəndir ki, "Məhsul" stadionuna toplaşanlara istehzalı baxışları da bu adamların üzündə aydın sezmək mümkün idi. Bütün bunlar həm də xalqın radikal müxalifələrə münasibətinin nədən ibarət olmasının göstəricisi idi.

Sizin Reklam Yeriniz