Əlaqə Arxiv
news Image
2015.03.16
18:15
| A A A
Səudiyyə Ərəbistanı nüvə silahına sahib olmaq istəyir

"İrana nüvə proqramını davam etdirməyə icazə verilsə, Səudiyyə Ərəbistanı və digər ölkələr də nüvə yanacağının işlənməsi prosesinə start verəcəklər". Movqeaz xəbər verir ki, bu açıqlama ilə Səudiyyə Ərəbistanının şahzadəsi Türki Feysal çıxış edib.Onun sözlərinə görə, İrana bu məsələdə razılığın verilməsi Yaxın Şərqdə böyük problemlərə gətirib çıxaracaq.Qeyd edək ki, Türki Feysal Ərəbistan kralının ikinci oğludur. O, əvvəllər Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətinə rəhbərlik edib.Onu da xatırladaq ki, İranın nüvə məsələsi ilə əlaqədar yaradılan Altılıq Tehrana müəyyən qadağalarla dinc məqsədlə nüvə proqramından istifadənin məqbul olduğu qənaətindədir. Bu planın tənqidçiləri isə hesab edir ki, istənilən halda İrana nüvə məsələsində verilən razılıq Ər-Riyadla Tehranın sürətlə silahlanmsına gətirib çıxaracaq.

Sizin Reklam Yeriniz