Əlaqə Arxiv
news Image
2015.03.16
22:30
| A A A
Ərdoğandan acı Qarabağ etirafı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

Movqe.az xəbər verir ki, Ərdoğan bildirib ki, Türkiyə 1990-cı illərin əvvəllərində indiki qədər güclü olsaydı, Dağlıq Qarabağ münaqişəsi də olmazdı.

"Türkiyə sadəcə öz torpaqlarından, vətəndaşlarından sorumlu ölkə deyil. Ərəb ölkələrində olduğu kimi, Cənubi Qafqazda da münaqişələr mövcuddur. Türkiyə 90-cı illərdə güclü olsaydı, bizə qarşı bu qətliamları törədə bilməzdilər", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə Ermənistanın Azərbaycanın torpaqlarının 20%-ni işğal etməsi səbəbindən bu ölkə sərhədləri bağlayıb.

Sizin Reklam Yeriniz