Məlumat verildiy kimi, Stokholm Dünya Problemləri Araşdırmaları İnstitutunun "Beynəlxalq silah transferində trendlər-2014" adlı hesabat dərc edib. Hesabatda dünyanın bir sıra regionlarında 2010-2014-cü il və 2005-2009-cu illər ərzində silah idxalı və ixracı üzrə məlumatların müqayisəli təhlili əks olunub. Hesabata görə son 5 il ərzində Avropaya silah idxalı 2005-2009-cu illərlə müqayisədə 36% azalıb. Böyük Britaniya əsas silah növlərinin ən iri idxalatçısıdır. Avropada silah idxalının 14%-i bu ölkənin payına düşür. Azərbaycan isə 2-ci yeri tutur (13%). Azərbaycan 2005-2009-cu illərlə müqayisədə 2010-2014-cü illərdə silah idxalını 249 faiz artırıb. İşğalçı Ermənistana silah idxalı ilə Azərbaycana olan idxalın cəmi 4 faizini təşkil edib. Bu hal bir daha onu göstərir ki, Azərbaycan Ermənistanla müqayisədə kifayət qədər hərbi üstünlüyə malikdir. Hətta Azərbaycanın ölkə daxilində 900 adda müdafiə təyinatlı məhsul istehsal etdiyini nəzərə alsaq, bu üstünlüyün kifayət qədər yüksək olduğu birmənalı şəkildə ortalıqdadır. Qeyd edək ki, münaqişə ilə bağıl istənilən danışıqlar prosesinə təsir edən məqamlardan biri də burada təmsil olunan tərəflərdən birinin hərbi cəhətdən üstünlüyə malik olması faktıdır. Bu üstünlük əks tərəfi ən azından danışıqlarda öz mövqeyindən müəyyən dərəcədə geriyə çəkilməyə vadar edir.
Görəsən, Azərbaycanın işğalçı ölkə ilə müqayisədə daha çox hərbi üstünlüyə malik olması danışıqlar prosesinə nə vəd edir?
Millət vəkili Elman Məmmədov sualı bu səpkidə cavablandırdı: "Kimin gücü varsa, onun sözü kəsərli olur, sözü keçir. Vaxtilə, keçən əsrin 90-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi yox dərəcəsində idi, Azərbaycan Ordusu yox idi. Azərbaycan maliyyə, hərbi cəhətdən zəif idi. Ona görə də Azərbaycan torpaqları düşmən tərəfindən işğal olundu, havadarları da ona kömək etdi. Onda heç araşdıran yox idi, silah, sursat, hərbi büdcə kimi məsələləri beynəlxalq təşkilatlar sanki unutmuşdular. Onlar indi oyanıb və hesabatlar aparır. Ölkəsinin müdafiə gücünü möhkəmləndirmək üçün xaricdən də silah almaq Azərbaycanın hüququdur. Ölkəmiz hərbi xərclərini ilbəil artırır, silah-sursat bazasını modernləşdirir, yeniləşdirir və gücləndirir. Çünki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Azərbaycan torpaqlarının 20 faizindən çoxu Ermənistanın işğalı altındadır. Ona görə, Azərbaycan həm başqa ölkələrdən silah-sursat idxal edir, həm də öz daxilində silah istehsal edir. Bu, ölkəmiz üçün çox vacib və önəmlidir və belə də olmalıdır. Çünki, düşmən və ona havadarlıq edən xarici qüvvələr hiss etməlidir ki, Azərbaycan torpaqlarını azad etmək güc və qüdrətinə malikdir. Bunun üçün də ordumuz ən müasir, güclü silahlarla təmin olunmalıdır və olunur da. Azərbaycan hərbi cəhətdən günbəgün güclənməlidir və güclənir. Bir Azərbaycan vətəndaşı olaraq mövcud vəziyyətlə qürur duyur, fəxr edirəm. Azərbaycan Ordusu o gücdə olmalıdır ki, istənilən an Ali Baş Komandanın əmri ilə erməniləri təkcə bu gün işğal altında olan torpaqlarımızdan yox, eyni zamanda qədim Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə, İrəvandan da süpürüb atsın.
Həmsədr dövlətləri vasitəçilik missiyasını üzərinə götürüb. Ancaq Fransa və Rusiyadan olan həmsədrlər bəyan edib ki, aprelin 24-də saxta "soyqırımı" qeyd etməyə gedəcəklər. Onlardan nə ədalət gözləmək olar? Ona görə Azərbaycan silah idxalını və daxili istehsalı da bir qədər də artıracaq. Belədə, danışıqlar prosesində lazım gələndə hərbi gücünü nümayiş etdirməyə hazır olduğunu bildirəcək. Çünki, 20 ildən artıqdır Azərbaycanın başının altına qoyulan sülh yastığı nəticə vermir. Bu məsələnin həllində sülhün alternativi olmadığını deyən beynəlxalq təşkilatlar səhv edirlər. Bu sözü deyən dövlətlərin nümayəndələrinə sual verirəm: sizin hər hansı birinizin ölkə ərazisinin bir metri bu illər ərzində işğal altında olarsa, bu sözü deyər və ona dözərsiniz? Sülh prosesi deyə-deyə, 60 ildir Fələstin məsələsi həllini tapmır. Sülh prosesi o deməkdir ki, nə olub-olub, bu vəziyyətlə barışmaq lazımdır? Sülh prosesi ilə erməni donuzu tövlədən çıxmır. Sülh deyə-deyə qəsdən prosesin həllini ləngidirlər ki, bəlkə Azərbaycanı mövcud vəziyyətlə barışmağa təhrik edə bildik. Ancaq Azərbaycan bu vəziyyətlə razılaşmır və razılaşmayacaq. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün bütün vasitələr, o cümlədən hərb yolundan istifadə edəcək".
Politoloq Elxan Şahinoğlu da bildirdi ki, hərbi gücümüzün artması gələcəkdə danışıqlar prosesinə pozitiv təsir edəcək: "Azərbaycan özü silah istehsal edir, bütün istiqamətlərdə silah istehsalını genişləndirir. Hansı ki, Ermənistanda belə bir silah istehsalı yoxdur. Azərbaycan xaricdən müasir silahlar alır. Ölkəmiz bu silahları pulla alır. Ermənistan isə dilənərək, peşkəş olaraq silahları Rusiyadan qoparmağa çalışır. Bu da Azərbaycanın üstünlüyüdür. Azərbaycan bütün bu məsələlərdə üstünlüyünü qoruyur və bunu artıq Avropa da qeyd edir. Yaxşı haldır ki, Azərbaycanın obyektiv olaraq silahlanmasına Qərbdə tənqidi münasibət yoxdur. Çünki, bilirlər ki, ərazilərimiz işğal altındadır, silahlanaraq işğalçıya gücümüzü göstərmək bizim haqqımızdır. Bu tendensiya indiki halda, Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa təsir etmir. Amma ordumuz getdikcə güclənərək, NATO standartlarına yaxınlaşır. Bu ərəfədə qardaş Türkiyə ilə dəfələrlə hərbi təlimlər keçirmişik. Bütün bunlar ordunun güclənməsi, modernləşməsinə, NATO standartına yaxınlaşmasına xidmət edir ki, bu da gələcəkdə Dağlıq Qarabağ probleminin həllində ölkəmizin üstünlüyünü ortaya qoyacaq. Keçən ilin avqustunda işğalçı tərəf ölkəmizin gücünü gördü. Ermənilər əvvəllər işğal altında olan torpaqlarda rahatca təlimlər keçirirdilərsə, onların helikopterini vurmaqla başa saldıq ki, artıq rahat şəkildə burada təlimlər keçirə bilməyəcək. Düşünürəm ki, bu proses getdikcə güclənəcək, o həddə çatacaq ki, işğalçı artıq yarışmaq üçün nə gücü, nə də enerjisinin olmadığını başa düşəcək. Bu da bizə münaqişənin həllində pozitiv rol oynamağa kömək edəcək".