Əlaqə Arxiv
news Image
2015.03.18
11:00
| A A A
İsrailin baş naziri Binyamin Netanyahu seçkilərdə qələbə qazandığını elan edib

İsrailin baş naziri Binyamin Netanyahu ölkənə sona çatmış parlament seçkilərində rəhbəri olduğu "Likud" partiyasının və, ümumilikdə, sağ düşərgənin "böyük qələbə" qazandığını elan edib. Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, səsvermənin nəticələri hələlik elan olmayıb, lakin keçirilən üç "exit-poll" sorğusunun ikisinin nəticələrinə əsasən, "Likud" 120 mandatdan 27-sini toplayaraq "Sionist düşərgəsi" solçu müxalifət bloku ilə bərabər səs toplayıb. Üçüncü versiyaya görə isə, "Likud" 28 mandata nail olub, yəni "Sionist düşərgəsi"ndən 1 mandat irəlidədir.""Likud"un rəhbərliyi altında milli düşərgənin böyük qələbəsi İsrail xalqının qələbəsidir", deyə ardıcıl 3 dəfə, ümumilikdə isə, dördüncü dəfə hökumət rəhbəri vəzifəsinə iddialı olan Netanyahu Twitter səhifəsində sevinci ilə bölüşüb.Qeyd edək ki, seçkiqabağı sorğuların hamısı müxalifətin qalib gələcəyini proqnozlaşdırıb.


Sizin Reklam Yeriniz