Əlaqə Arxiv
news Image
2015.03.19
13:00
| A A A
Kim Çen Inın ilk xarici səfəri- Moskvaya

Rusiya xarici işlər naziri Sergey Lavrov İkinci Dünya Müharibəsinin sona çatmasının 70 illiyi münasibəti ilə Moskvada keçiriləcək mərasimə qatılacaq dövlət başçıları barədə danışıb. Movqe.az-ın ans press-ə istinadən məlumatına görə, Lavrov Çinin dövlət başçısı Şi Cinping və Şimali Koreya lideri Kim Çen Inın Moskvaya gələcəyini bildirib.Bu Şimali Koreya liderinin ilk xarici səfəri olacaq. Sergey Lavrov mayın 9-da keçiriləcək mərasimə 26 ölkənin rəhbərinin qatılacağını təsdiqləyib.26 ölkə arasında Vyetnam, Yunanıstan, İsrail, Misir və Hollandiyanın da olduğu xəbər verilir.Qeyd edək ki, son zamanlar Şimali Koreya və ənənəvi müttəfiqi Çin arasındakı əlaqələr nisbətən gərginləşib. Ancaq Şimali Koreya ilə Rusiya arasında münasibətlər yaxşılaşıb. Şimali Koreya və Rusiya 2015-ci ili iki ölkə arasında "dostluq ili" elan edib.Moskvadakı mərasimə qatılacaq Çin və Şimali Koreya liderləri arasında görüşün də keçirilməsi istisna olunmur.


Sizin Reklam Yeriniz